Bu gün Qubadan daha iki avtomaşın qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə kömək məqsədi ilə yola salınıb.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Quba şəhərindəki Azərbaycan-Türkiyə qardaşlıq parkından yola çıxan humanitar yardımların göndərilməsində Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, yerli DTX rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli YAP sədri, şəhud ailələri, qazilər, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mitinqdə çıxış edərək bir daha türk bacı və qardaşlarımızın yanında olduğunu deyib.
Çıxışında qardaş Türkiyədə təbii fəlakətdən dünyasını dəyişən 31 mindən çox insanın ölümünə çox təəssüfləndiyini söyləyən icra başçısı Azərbaycanın qardaş Türkiyənin bu çətin günlərində daima yanında olduğunu vurğulayıb:
"Prezident İlham Əliyevin, birinci Vitse-Prezident Mehriban Əliyevanın zəlzələnin ilk günlərindən Türkiyənin yanında olmalarını hər birimiz yaxşı bilirik. Azərbaycandan qardaş ölkəyə gedən yardımların ardı-arası kəsilmir. Biz, Quba sakinləri və ictimaiyyəti də qardaş Türkiyənin yanındayıq".
Rayon rəhbəri onu da bildirib ki, Türkiyəyə qardaş yardımı davam edəcək.
Qeyd edək ki, bu gün Qubadan yola salınan avtomaşınların biri Quba İcra Hakimiyyətinin, digəri isə rayon əhalisinin və ictimaiyyətin dəstəyi ilə toplanan yardımlarla yüklənib.
Yardım qutularına ən zəruri və vacib əhəmiyyətli mallar daxil edilib. Bununla da Qubadan Türkiyəyə göndərilən humanitar yardım avtomobillərinin sahı 11-ə çatıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
19:28 / 14.02.2023
Qubadan Türkiyəyə daha 2 yardım maşını yola düşdü - FOTO
Hazırda oxunan: Qubadan Türkiyəyə daha 2 yardım maşını yola düşdü - FOTO
Hazırda oxunan: Qubadan Türkiyəyə daha 2 yardım maşını yola düşdü - FOTO
120456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.