“Şuraya daxil olan vətəndaş müraciətlərinin bir qismi proqramların məzmunu ilə əlaqədar olur”.
Bunu Bizim.Media-ya açıqlamasında Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib.
O, bildirib ki, daxil olan hər bir müraciət qanunvericiliyə uyğun olaraq araşdırılır, daha sonra müraciət sahibinə müvafiq cavab verilir:
“Həmin müraciətlərdə proqramlar və ya onların məzmunu barədə haqlı irad və ya təklif olduğu təqdirdə bu barədə audiovizual yayımçılara Şura tərəfindən müvafiq tövsiyələr verilir”.
Şuranın aparat rəhbəri onu da qeyd edib ki, televiziya yayımçıları hər hansı bir mövzuda proqram hazırlayarkən sərbəst olduqları kimi, həmin proqramın davamlılıq və yayım müddətini qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən etməkdə sərbəstdirlər:
“Bu səbəbdən audiovizual yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə hər hansı qaydada müdaxilə edilməsi Şuranın səlahiyyətləri xaricindədir”.
Aygün İbrahimli. Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 15.02.2023
Tamaşaçılar televiziyalardan Audiovizual Şuraya niyə şikayət edirlər? – ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Tamaşaçılar televiziyalardan Audiovizual Şuraya niyə şikayət edirlər? – ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Tamaşaçılar televiziyalardan Audiovizual Şuraya niyə şikayət edirlər? – ÖZƏL AÇIQLAMA
120446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.