Hindistanlılar üçün inəyin MÜQƏDDƏSLİYİ – Südündən sidiyinə qədər FAYDALIDIR

Hindistanlılar üçün inəyin MÜQƏDDƏSLİYİ – Südündən sidiyinə qədər FAYDALIDIR

Hazırda oxunan: Hindistanlılar üçün inəyin MÜQƏDDƏSLİYİ – Südündən sidiyinə qədər FAYDALIDIR

120440

Bizim.Media Hindistanın hindi.webdunia saytının inəklərlə bağlı apardığı maraqlı bir araşdırmanı təqdim edir.

Araşdırmada bildirilir ki, Yaşıl İnqilab adı ilə Hindistanın kənd təsərrüfatı sahələri 1960-1985-ci illərdə kimyəvi əkinçiliklə məhv edilib:

“İndi xərçəng kimi xəstəliklər təsərrüfatlardan qaynaqlanır. Kimyəvi əkinçilik yerin münbitliyini azaldıb, onu sonsuzlaşdırıb. Müasir inkişaf adı altında amerikalılar və avropalılar bizim sivilizasiyamızı, mədəniyyətimizi, eləcə də torpağımızı məhv etdilər” deyilən araşdırmada inək südünün faydalarından daha geniş bəhs olunur.
“İnək südü görmə qabiliyyətini artırmaqla yanaşı fiziki inkişaf üçün də faydalıdır. İnək südü radioaktiv şüaların yaratdığı xəstəliklərin də qarşısını ala bilir. İnək südünün yağlılıq dərəcəsi aşağıdır. Onu içmək piylənməni artırmır. İnək südü və yağ nektar kimidir.

“Gündəlik inək südündən istifadə bir çox xəstəliklərdən qoruyur”- deyilən araşdırmada daha sonra inək yağının faydalarından danışılır. “Əllərdə və ayaqlarda yanma hissi varsa, inək yağı ilə masaj etmək rahatlıq verəcək. Ehtimal olunur ki, qara inəyin yağı qocalma prosesini ləngidir. Başa inək yağı sürtməklə saç tökülmələri bitir və yeni tüklər də çıxmağa başlayır.

Burnuna inək yağının qoyulması insana rahatlıq verir, yaddaşı gücləndirir. İnək yağı xərçənglə mübarizədə qüsursuz bir qabiliyyətə malikdir. Onun istifadəsi ilə döş və bağırsaqların təhlükəli xərçənginin qarşısını almaq olar. Miqren ağrıları gündə iki dəfə buruna iki damcı inək yağının vurulması ilə sağalır. İnək südü və kərə yağı nektar kimidir, kəsmik isə həzm sistemimizi sağlam saxlamaqda çox təsirlidir və kəsmiyin yüzlərlə faydası var”. 

Araşdırmada daha sonra inək sidiyinin faydalarındanda danışılır. 

“İnək sidiyi ən yaxşı dərmanlar siyahısına daxil edilib. Alimlər inək sidiyin civə və kükürdün elementar xüsusiyyətlərinə malik olduğunu deyirlər. Əgər inək sidiyi istehlak edirsinizsə, o zaman dalaq və qaraciyər xəstəlikləri məhv olacaq. İnək sidiyi də kökdən xərçəng kimi sağalmaz xəstəlikləri sağalda bilər. Tibb alimləri inək qaraciyərinin 4 hissəyə bölündüyünü deyirlər. Onun son hissəsi xərçəng kimi xəstəliklərin kökünü kəsmək qabiliyyətinə malik bir növ turşu ehtiva edir. Hər gün ac qarına müəyyən miqdarda inək sidiyi istehlakı xərçəng kimi xəstəlikləri də məhv edir”.

Araşdırmaçılar həmçinin bu qənaətə gəliblər ki, inək sidiyində kalium, natrium, azot, fosfat, karbamid, sidik turşusu var. Süd verərkən inəyin sidikiyində laktoza artımı olur ki, bu da ürək xəstələri üçün faydalıdır.
Hindistanda alimlər hesab edirlər ki, dəri xəstəliklərində inək peyininin müalicəvi əhəmiyyəti böyükdür. 

“Qədim evlərin divarları və torpağı inək peyini ilə suvanırdı. Bu inək peyini divarları möhkəmlətməklə yanaşı, həm də parazitlərin, ağcaqanadların və mikrobların evlərə hücumunun qarşısını alırdı. İndi də bir çox Hindistan kəndlərində bu ənənə qorunub saxlanır. Müşahidələr göstərir ki, inək peyini ilə divarları suvanan evlərdə yaşayan insanlar daha az xəstələnirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO