Yaşlandıqca gəncləşən ANA televiziyamızdan VİDEOREPORTAJ

Yaşlandıqca gəncləşən ANA televiziyamızdan VİDEOREPORTAJ

Hazırda oxunan: Yaşlandıqca gəncləşən ANA televiziyamızdan VİDEOREPORTAJ

120433

Bu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 67-ci ili tamam olur. Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya respublikada 1956-cı il fevralın 14-də yayıma başlayıb.

Əsrdən-əsrə məğrurluqla addımlayan ana televiziyanın yaşı üstünə yaş gəlsə də peşəkar komandası, yeni layihələri ilə hər il yenilənir. Son dörd ildə isə ana televiziyamızda köklü isalahatlar aparılıb.
Gənclərə və peşəkarlara daha da böyük imkanlar yaradılıb. İndi biz hər gün efirdən müxtəlif cəarətli addımların, yeniliklərin şahidi oluruq.

İki əsri özündə yaşadan Azərbaycan televiziyası həm də nəsillərin əl-ələ tutuşduğu məkandır.

Burada dəyərlər və ənənələr yaşlı nəsil tərəfindən gənc nəsilə ötürülür və gənclər tərəfindən yeni formatda tamaşaçılara təqdim edilir.

Onun qızıl fondu, yeni layihələri, radiosu, idman və mədəniyyət kanalları və Televiziya Akademiyası ilə birlikdə canlı bir orqanizimdir.

Biz də Bizim.Media olaraq televiziya gününü Azərbaycan televiziyasında qeyd etdik. Komandamız adından Azərbaycan televiziyasının bütün əməkdaşlarını ürəkdən təbrik edirik, işlərində daim gənclik şövqü arzulayırıq.

Ana televiziyamızın 67-ci ilinə özəl olaraq hazırladığımız reportajı sizə təqdim edirik:

Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO