Novxanıda sənət əsəri hesab edilən ev satışa çıxarıldı - ŞOK QİYMƏT

Novxanıda sənət əsəri hesab edilən ev satışa çıxarıldı - ŞOK QİYMƏT

Hazırda oxunan: Novxanıda sənət əsəri hesab edilən ev satışa çıxarıldı - ŞOK QİYMƏT

120420

Abşeron rayonunun Novxanı qəsəbəsində heykəllərlə bəzədilmiş dəbdəbəli villa satılır.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, satış qiyməti 6 500 000 manatdır.

Bununla bağlı elanda qeyd edilib ki, real alıcıya endirim olacaq.

Villa 45 sot ərazinin içərisində inşa edilib. Sahəsi 1500 kvadrat metrdir. 4 mərtəbəli villada idman zalından tutmuş, 40 nəfər üçün nəzərdə tutulan "disko klub”a qədər var. Həmçinin, villanın həyətində ümumi dəyəri 200 000 dollar olan heykəltəraşlıq nümunələri yerləşir.

Bu villa bir müddət öncə medianın gündəmində olub. Dəbdəbəli evin hansısa məmura məxsus olması barədə iddialar səsləndirilib.

Lakin sonradan Bəxtiyar adlı şəxs evin sahibi olduğunu bəyan edib. O, mediaya açıqlamasında iş adamı olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO