Şimal-Qərb bölgəsində temperatur mənfi 8 dərəcəyə düşdü

Şimal-Qərb bölgəsində temperatur mənfi 8 dərəcəyə düşdü

Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur mənfi 8 dərəcəyə düşdü

120313

Ötən gündən başlayaraq Şəki-Zaqatala rayonlarında küləkli hava şəraiti davam edir. 

Bizim.Media-nın yerli bürosu regional hava məlumat bürosuna istinadən bildirir ki, dünən günün ikinci yarısından başlayaraq Balakən rayonunda külək sonradan qarlı-çovğunlu hava ilə əvəzlənib. Küləkli hava  Zaqatala, Qax və Şəki rayonlarında da qısa fasilələrlə əsib.

Bölgənin dağlıq ərazilərində gecə temperatur mənfi 6-8 dərəcəyə kimi düşüb.

Küləkli hava bölgə rayonlarının bəzi ərazilərində elektrik kəsintilərinə səbəb olub.

“Azərişıq”-ın Şimal-Qərb regional idarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verə biləcək fəsadların, faciələrin qarşısını almaq məqsədi ilə belə qabaqlayıcı tədbirlər görülür. Hazırda bölgə rayonlarında hava şəraitində qismən sabitlik yarandığından elektrik enerjisi kəsintisiz verilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO