Ötən il Naxçıvana xaricdən köçürülən vəsaitin həcmi açıqlandı

Ötən il Naxçıvana xaricdən köçürülən vəsaitin həcmi açıqlandı

Hazırda oxunan: Ötən il Naxçıvana xaricdən köçürülən vəsaitin həcmi açıqlandı

120297

2022-ci ildə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarına respublika daxilindən və xaricdən köçürülən vəsaitlərin həcmi açıqlanıb. Köçürülən vəsaitlərin 93.2 %-i xaricdən mədaxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Nuhçıxan”  Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin 2022-ci il üzrə statistikasına istinadən xəbər verir. Məlumata görə, 2022-ci ildə muxtar respublika vətəndaşlarına ümumilikdə sürətli pul köçürmə sistemi ilə 20 milyon 128 min ABŞ dolları pul köçürülüb, bunun 18 milyon 752 min ABŞ dolları xaricdən, qalan 1 milyon 375.5 min dolları isə xaricdən köçürülüb. 

AMB-nin Naxçıvan MB İdarəsi bildirir ki, vəsaitlər “MoneEx”, “Western Union”, “Zolotaya Korona”, “IBA Express”, UPT və “Xəzri” pul köçürmə sistemləri ilə həyata keçib. 

Xarici ölkələrə mal-material almaq üçün köçürülmüş vəsaitlərin həcmi isə 82 milyon 3.66 min dollar və 38 milyon 714.21 min avro olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO