Xaçmazda YANĞIN: 30 nəfər təxliyə edildi – ÖZƏL/VİDEO 

Xaçmazda YANĞIN: 30 nəfər təxliyə edildi – ÖZƏL/VİDEO 

Hazırda oxunan: Xaçmazda YANĞIN: 30 nəfər təxliyə edildi – ÖZƏL/VİDEO 

120283

Bu gün axşam saat 20.40 radələrində Xaçmaz şəhərindəki N.Nərimanov küçəsi -74 ünvanında yerləşən yaşayış binasında yanğın qeydə alınıb. 

Bu barədə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi 2 yanğınsöndürən avtomobil hadisə yerinə cəlb edilib. 

Yanğın saat 21.25-də tam söndürülüb.  

Nəticədə 5 mərtəbəli yaşayış binasının zirzəmisində 2 matras yanıb. 30 nəfər sakin binadan təxliyə olunub.  

Məlumata görə, zirzəmidə tüfeyli həyat tərzi sürən, hələlik şəxsiyyəti məlum olmayan şəxs tüstüdən zəhərlənib və o, təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.  

İlkin ehtimala görə, yanğına zirzəmidə yaşayan həmin şəxsin odla ehtiyatsız davranması səbəb olub.  

Fakta görə araşdırma başlanılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO