Xarici ölkələrdə təhsil almış NAZİRLƏR – ARAŞDIRMA 

Xarici ölkələrdə təhsil almış NAZİRLƏR – ARAŞDIRMA 

Hazırda oxunan: Xarici ölkələrdə təhsil almış NAZİRLƏR – ARAŞDIRMA 

120249

Günümüzdə dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq gənclərimizin çoxunun arzusudur. Çünki dünyanın nüfuzlu universitetlərində təhsilə və təcrübəyə yiyələnmək gələcək karyera yarışında daha irəli çıxmağa şərait yaradır.

Bu səbəbdəndir ki, gənclərimiz bacardıqları qədər xaricdə təhsilə can atırlar. Eyni zamanda ölkəmizdə də xaricdə təhsil alıb hal-hazırda yüksək vəzifələrdə çalışan məmurlar, xüsusilə də, nazirlər var.

Bizim.Media xaricdə təhsil almış nazirləri araşdırıb:

Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

Muxtar Babayev

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. O, 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisası üzrə təhsilini başa vurub. 

Fikrət Məmmədov

Ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədov isə Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib.

İnam Kərimov

Kənd təsərrüfatı naziri İnam Kərimov 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə, Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Mikayıl Cabbarov

2019-cu ilin oktyabrından bəri Respublikanın iqtisadiyyat naziri olan Mikayıl Cabbarov 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

Samir Şərifov

1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

Rəşad Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R. Nəbiyev Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı"nı bitirib.

Teymur Musayev

Səhiyyə naziri Teymur Musayev 1987-1993-cü illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsində təhsil alıb. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb.

2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb.

Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO