14 fevral dünyanın əksər ölkələrində sevgililər günü kimi qeyd olunur. Bu gün cütlüklər bir-birilərini hədiyyələrlə sevindirməyə çalışırlar. Lakin hədiyyə seçimində də diqqətli olmaq şərtdir. Çünki insanın xarakterinə və bürclərinə görə favorit hədiyyələr fərqlənə bilir.
Bizim.Media bürclərə görə ən ideal hədiyyələri təqdim edir:
Qoç
Qoç qadınına alınacaq ən gözəl hədiyyələr saçları üçün aksesuarlar, papaq, şlyapa ola bilər. Makiyaj, dəri qulluğu məhsulları üçün qoç bürcü qadını çox həyəcanlanacaqdır. Balaca sırğalar, iri qaşlı üzüklər onun ən sevimli aksesuarı ola bilər. Sevimli rəngləri isə qırmızı və çəhrəyıdır.
Qoç bürcündən olan kişilərə bıçaq, alışqan və ya ofis masasına qoymaq üçün kaktus ala bilərsiz. Qoç döyüşkən insanların bürcüdür, buna görə də onlara döyüş oyunu hədiyyə etsəz, yerinə düşər. Bu insanalara nə alırsızsa alın, əsas odur ki, hədiyyənin qablaşdırılmasına diqqət edəsiniz.
Buğa
Buğa bürcü insan vücudunda boyunu təmsil edir. Ona görə bu bürcdən olan xanım və bəylərə boyunbağı hədiyyə edə bilərsiz. Buğa qadını parfüm qoxusuna, çiçəklərə, faydalı otlara heyrandır, təbiəti çox sevir. Onlara içində xoş qoxulu bir gül olan boyunbağı hədiyyə etsəz, sevdiyi 2 əşyanı bir araya gətirmiş olarsız.
Buğa bürcündən olan bəylər üçün konsertə bilet ideal seçim ola bilər. Evdə vaxt keçirməyi xoşlayan buğalara maraqlı, fərqli üslubda dizayn edilmiş ev əşyası hədiyyə edə bilərsiz.
Əkizlər
Əkizlər bürcünə hədiyyə almaq çox sadə olacaq, çünki onlar üçün hədiyyənin bahalı olması önəmli deyil. Əkizlər bürcü təbiiliyi, sadəliyi sevir. Məsələn, bu xanımlara əl işi bəzək aksesuarları, sadə, amma üzərində maraqlı şəkil və ya yazı olan köynək də ala bilərsiz.
Bəylər üçün isə texnoloji hədiyyələr, şahmat kimi beyni inkişaf etdirən oyunlar, bestseller kitablar hədiyyə etmək olar. Əgər avtomobili varsa, mütləq onun üçün kiçik də olsa aksesuar alın. Bu, onu çox sevindirəcək.
Xərçəng
Yaradıcılığı, yemək yeməyi sevən xərçənglər. Onlar üçün mətbəx əşyaları almaq çox faydalı olar, çünki mətbəx onlara görə evin ən sevimli yeridir. Bu bürcün qadınlarına fərqli modeldə bijüteriya alaraq onları özəl günündə sevindirə bilərsiz.
Xərçəng bürcündən olan kişilərə isə fotoaparat, çərçivə, fotoalbum hədiyyə edə bilərsiz. Çünki adətən foto çəkməyə həvəsli olurlar.
Şir
Onlara hədiyyə almaq isə olduqca çətindir, çünki hər şeyi bəyənməzlər. Xanımlar üçün original ətirlər, dəri çantalar, bahalı aksesuarlar almaq olar. Əgər seçiminiz bijüteriyadırsa, dəst almanızda fayda var. Bəylərə xüsusi dizaynlı qol saatları, siqaret qabı, alışqan, qol düyməsi və ya maraqlı ev əşyası ala bilərsiz.
Qız
Bu bürcdən olan xanımlar daha çox funksional hədiyyələri sevirlər. Amma bu xanımlar parfümlərə heç vaxt yox deyə bilmirlər. Onlara qədim ruhu özündə əks etdirən əşyalar, rəsimlər də maraqlı gələr.
Oxumağı sevən qız bürcündən olan bəylərə isə şəxsi inkişafa dair kitablar, stolüstü lampalar ala bilərsiz.
Tərəzi
Venera tərəfindən idarə olunan tərəzi bürcünə mənsub bəylər musiqi dinləməkdən həzz alırlar. Onlar üçün özləri ilə hər yerə apara biləcəkləri kiçik səs gücləndiricilər ( spiker), qulaqcıqlar yaxşı hədiyyə olardı. Tərəzi bürcünün rəngi mis rəngidir. Bu bürcdən olan xanımlara mis rəngli ev əşyaları, bəzək aksesuarları və ya şal, şərf hədiyyə edə bilərsiz.
Əqrəb
Başqalarına hədiyyə almağı sevən əqrəblər özləri qeyri-adi hədiyələri xoşlayırlar. Əqrəblər onlar üçün xüsusi hədiyyələrin hazırlanmasını istərlər. Əl əməyi ilə hazırlanmış xüsusi bəzək əşyaları, dəri pul qabları ( portmanat), ev üçün dekorativ əşyalar onlar üçün mükəmmək hədiyyə sayıla bilər. Əqrəblər onlar üçün xoş mənada əziyyət çəkmənizi istərlər, hədiyyə olaraq onlara sürpriz şənlik də təşkil edə bilərsiz.
Oxatan
Müxtəlif yerləri görməyi, səyahət etməyi sevən oxatanlar. Onlar üçün səyahət simvolu sayılan əşyalar, bəzək aksesuarları ala bilərsiz.
Bu bürcdən olanlara tətil bileti alsaz özlərini dünyanın ən xoşbəxt insanı hesab edərlər. Səyahəti çox sevən oxatanlara çamadan, idman stilində çanta, maraqlı pulqabı almaq olar. Heyvanlara maraqları olduğuna görə onlara ev heyvanı da almaq olar.
Oğlaq
İntizamlı, çalışqan, daim mübarizə aparan oğlaqlar. Onlara ən gözəl hədiyyə işi ilə bağlı kitab, kompüter çantası, iş masasına qoyulacaq suvenirlər ola bilər. Klassik tərzdə bijüteriya dəstləri oğlaqlar üçün ideal hədiyyələrdəndir.
Dolça
Bu bürc altında doğulan insanlar elmə, texnologiyaya maraqlı olurlar. Kişi və ya qadın fərq etməz, dolça bürcündən olanlara texnoloji avadanlıqlar, mətbəx robotları, elektron masaj aləti, telefon aksesuarları və.s onların həyatını daha da asanlaşdıracaq əşyalar hədiyyə edin. Əgər dolça xanımlarına bəzək əşyaları hədiyyə etmək istəsəz, mütləq bunu nəzərə alın. Dolçalar dəblə ayaqlaşmağı sevirlər.
Balıq
Artıq hər kəs balıqların nə qədər romantik və həssas olduğunu bilir. Təbii, onlara hədiyyə seçərkən bu amilləri nəzərə almaq lazımdır. Romantik ruhu özündə əks etdirən zərif bijüteriya və ya rəsm tabloları, heykəllər əla seçim olar. Eyni zamanda balıq bürcü insan bədənində ayağı təmsil edir, buna görə balıqlara ayaqqabı alsaz, onların ürəyindən xəbər vermiş olarsız.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 14.02.2023
Bürcünüzə görə ideal hədiyyələr hansılardır? – SİYAHI
Hazırda oxunan: Bürcünüzə görə ideal hədiyyələr hansılardır? – SİYAHI
Hazırda oxunan: Bürcünüzə görə ideal hədiyyələr hansılardır? – SİYAHI
120245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.