Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib.
Bizim.Media