Azərbaycandan yeni yük maşınları Türkiyəyə yola düşdü - FOTO

Azərbaycandan yeni yük maşınları Türkiyəyə yola düşdü - FOTO

Hazırda oxunan: Azərbaycandan yeni yük maşınları Türkiyəyə yola düşdü - FOTO

120230

Hacıqabul, Neftçala, Saatlı və Salyan rayonlarından Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib.

Bizim.Media xəbər verir ki, rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən yardım kampaniyasına rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət qoşulub. Əsasən isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar toplanıb.

Toplama məntəqələrindən iritutumlu maşınlara yüklənən yardım Hacıqabul rayonundan yola çıxıb. Yardım kampaniyası davam edəcək.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündən etibarən Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyəyə müntəzəm yardımlar göndərilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO