Təhsil naziri şagirdlərin ən çox maraq göstərdiyi sahələri AÇIQLADI 

Təhsil naziri şagirdlərin ən çox maraq göstərdiyi sahələri AÇIQLADI 

Hazırda oxunan: Təhsil naziri şagirdlərin ən çox maraq göstərdiyi sahələri AÇIQLADI 

120219

“Bu il riyaziyyat, fizika və mühəndislik sahəsinə maraq artıb. Bu çox sevindirici haldır".

Bizim.Media xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri" XII Respublika müsabiqəsi ilə bağlı keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, şagirdlərin fənn olimpiadalarındakı nəticələri də təqdirəlayiqdir:

"İstənilən elmin kökü kiçik yaşlardan qoyulur. Uşaqlarımızı, gənclərimizi qorxutmamalıyıq ki, elm çətin sahədir. Onlar bilməlidirlər ki, elm böyük əmək, əzm tələb edir. Məktəblilərin elmə müraciət etmələri və gələcəkdə alim olmaq istəkləri də yaxşı haldır. İstənilən elmi fəaliyyət və kökü çox aşağı yaşlardan başlayır. Elmin asan və tez əldə olunan nemət kimi təqdim olunması da yanlışlıq olar". 

Nazir qeyd edib ki, ilk ildir ki, 9-cu siniflərdə mühəndislik və riyaziyyat sahələrinə maraq digər illərlə müqayisədə artıb:

"Hədəfimiz bu həvəslə gəlmiş uşaqların o elmə olan həvəsini artırmaqdır. Ötən il 200 ölkə arasında riyaziyyat olimpiadasında Azərbaycan 34- cü yeri tutub. İstəyimiz bu həvəsi ölkə miqyasında artırmaqdır".

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO