Azərbaycanda ilk çərşənbə fevralın 21-də olacaq

Azərbaycanda ilk çərşənbə fevralın 21-də olacaq

Hazırda oxunan: Azərbaycanda ilk çərşənbə fevralın 21-də olacaq

120216

Fevralın 21-də ilk - Su çərşənbəsi, 28-də Od çərşənbəsi, martın 7-də Yel çərşənbəsi, 14-də isə Torpaq çərşənbəsi olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yayıb.

Mənbə yazır ki, 2023-cü ildə Novruz bayramı martın ayının 20-də olacaq. 

Belə ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01.24.24-ə təsadüf edəcək. 

Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. 
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO