Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçildi – ONLAYN QURULTAY

Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçildi – ONLAYN QURULTAY

Hazırda oxunan: Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçildi – ONLAYN QURULTAY

12020

Vətəndaş Həmrəyliyi Partiyasının onlayn formatda qurultayı keçirilib.

Partiyadan Bizim.Media-ya verilən məlumata görə, qurultaya 74 yerli təşkilatın 383 nümayəndəsi qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

VHP niyə yarandı?- Sabir Rüstəmxanlı: “1992-ci ildə ölkədə separatçılıq at oynadırdı” 


Yalnız 3 yerli təşkilat texniki səbəblərdən qurultayda iştirak edə bilməyib.

Qurultayda VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının hesabatı dinlənilib, daha sonra çıxışlar olub.

Qurultay iştirakçıları Sabir Rüstəmxanlını yenidən partiya sədri seçiblər.

Yenidən sədr seçilən S.Rüstəmxanlı isə artıq bəzi təyinatlar aparıb. Belə ki, millət vəkili Fəzail İbrahimli sədrin birinci müavini təyin edib.

S.Rüstəmxanlı Elxan Mirzəyevi təşkilati məsələlər, Arif İsmayılbəylini siyasi məsələlər, Yusif Salmansoyu ictimai təşkilatlar və bələdiyyələrlə iş, Nəsimi Şərəfxanlını isə mətbuatla iş üzrə müavin vəzifələrinə təyin edib.

VHP Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi isə Samir Əsədliyə həvalə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO