Şimal bölgəsindən Türkiyəyə qardaş DƏSTƏYİ - FOTO/VİDEO

Şimal bölgəsindən Türkiyəyə qardaş DƏSTƏYİ - FOTO/VİDEO

Hazırda oxunan: Şimal bölgəsindən Türkiyəyə qardaş DƏSTƏYİ - FOTO/VİDEO

120193

Bu gün Siyəzəndən Kahramanmaraşa 15 tonluq zəruri yardım dolu iri yük avtomobili yola düşüb.

Yardım Siyəzən, Şabran və Xızı İcra Hakimiyyətlərinin birgə dəstəyi ilə toplanıb.

Siyəzən İH başçısının köməkçisi Elvin Kərimov Bizim.Media-ya açıqlamasında vətəndaşların bu prosesdə dəstəyini yüksək qiymətləndirib.

Yardımların elektrik qızdırıcıları, tibbi ləvazimatlar, konservləşdirilmiş məhsullar, üst qalın geyimlər, yorğan-döşək, yataq dəstləri və digər zəruri mallardan ibarət olduğu da diqqətə çatdırılıb.

Həmçinin, Xaçmaz rayonu sakinləri də yardım kampaniyasında fəal iştirak edirlər.

"Təslim edildiyi herkes. 
Azerbaycandan Selam, canımızın yarısı türklər, sizler bizim kardeşlərimizsiniz, Allah hepinizi korusun! Amin!"

Bu sətirlər Xaçmazın İstisu qəsəbəsində yaşayan bir məktəblinin Türkiyədəki həmyaşıdlarına göndərdiyi məktubdandır. Aylin adlı  məktəbli, məktubuna yardım əşyalarına  bir təzə uşaq oyuncağı da əlavə edib.

Bu barədə Bizim.Media-nın şimal bürosuna Xaçmazın Xudat şəhərində Türkiyəyə göndəriləcək yardım məntəqəsindən əşyaları qəbul edən Zaur Vəhdət açıqlamasında deyib.

O qeyd edib ki, malların içindən məktubu tapdıq.

Bu, onu göstərir ki, Azərbaycan tək sözdə deyil, əməldə də türk qardaşlarımızın yanındadır. Böyük də, kiçik də, yaşlı da, hətta süpürgəçilər də öz köməyi ilə türk əhlinin yanında olmağı özünə borc bilir.

Ötən həftə Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına Şimal-Qərb bölgəsinin digər rayonları kimi qaxlılar da aktiv qoşulub.

Bizim.Media-nın yerli bürosu rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, bu dəfəki yardımlar Türkiyəyə aparılmaq üçün Gənçə şəhərinə yola salınıb.

Humanitar yardımlara qida məhsulları, uşaq geyimləri, yataq dəstləri, zəruri geyim əşyaları, generatorlar, qızdırıcılar, sular və ərzaq məhsulları daxildir.

Qeyd edək ki, “Qardaşlıq yardımı” kampaniyası çərçivəsində bundan əvvəl Qaxdan üç tır müxtəlif məişət və qida məhsulları Türkiyəyə yola salınıb.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO