"Əli və Nino" kitab mağazası qarət edildi - VİDEO

Hazırda oxunan: "Əli və Nino" kitab mağazası qarət edildi - VİDEO

12012

"Əli və Nino" kitab mağazasından oğurluq olub.

Bizim.Media-nın məlumatına görə, bunu mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.

Bildirib ki, oğurluq hadisəsi fevralın 15-də axşam saat 21:12-də mağazanın Fəvvarələr meydanı filialında baş verib:

"Oğrular 3 nəfər olub, onlardan biri satıcıların başını qatıb, digər iki nəfər arxa otağa keçərək işçilərin çiblərini soyub, dükanın mobil telefonunu və əllərinə keçən nə varsa götürüblər. Bu barədə artıq 102 nömrə ilə polisə məlumat vermişik".

N.Köçərili oğurluq hadisəsinin videogörüntülərini də paylaşıb:

"Dostlar, əgər bu videodakı şəxslər sizə tanış gəlirsə yaxud onları bugün görən olubsa, xahiş edirik bizə kömək edin, polisə məlumat verin. Təəsüf edirik ki, bu ağır günlərdə Bakının ən mərkəzində oğurların hücumuna məruz qaldıq".

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO