Türkiyədə baş verən əsrin faciəsində yaraları sarımaq üçün Azərbaycanın Şimal-Qərb bölgəsindən qardaş yardımı davam edir. Zaqatala, Balakən və Qax rayonundan sonra ötən gün göndərilən humanitar yardıma Oğuz rayonu da qatılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən göndərilən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Oğuz rayon icra hakimiyyətinin təşkilatçılığı ilə göndərilən yardım konservləşdirilmiş qida məhsullarından ibrətdir.
Qeyd edək ki, Şimal-Qərb bölgəsinin digər rayonlarında olduğu kimi Oğuzda da qardaş yardımı kampaniyası davam edir. Bu işdə yerli sakinlər, iş adamları, fermer və sahibkarlar fəallıq göstərir. Qarşıdakı günlərdə də lazım olan qida və digər texniki avadanlıqların göndərilməsi nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi
- A-
- A
- A+
Cəmiyyət
13:19 / 12.02.2023
Oğuzdan Türkiyəyə konservləşdirilmiş yardımlar göndərildi - FOTO
Hazırda oxunan: Oğuzdan Türkiyəyə konservləşdirilmiş yardımlar göndərildi - FOTO
Hazırda oxunan: Oğuzdan Türkiyəyə konservləşdirilmiş yardımlar göndərildi - FOTO
119987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.