Qubadan Türkiyəyə doqquzuncu yardım avtomobili yola DÜŞDÜ - FOTO

Qubadan Türkiyəyə doqquzuncu yardım avtomobili yola DÜŞDÜ - FOTO

Hazırda oxunan: Qubadan Türkiyəyə doqquzuncu yardım avtomobili yola DÜŞDÜ - FOTO

119880

Bu gün Qubadan 9-cu yardım maşını Türkiyəyə yardım məqsədi ilə yola salınıb.

Müxtəlif zəruri, həyat əhəmiyyətli mal və məhsulların yüklənildiyi avtomaşınların yola salınmasında Quba İH başçısı Ziyəddin Əliyev, icra hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, müharibə veteranları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.

Quba İH başçısı Ziyəddin Əliyev mərasimin Azərbaycan-Türkiyə qardaşlıq parkında keçirilməsinin xüsusilə əlamətdar olduğunu söyləyib.
Bildirib ki,1918-ci ildə Quba qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım zamanı, şanlı Türk Ordusunun böyük və tarixi köməyini qubalılar və Quba ictimaiyyəti heç vaxt unutmur. 

Sözügedən park məhz Azərbaycanla-Türkiyə arasında möhkəm qardaşlıq ənənələrinə əsaslanaraq inşa edilib. 

Ziyəddin Əliyev qardaş Türkiyənin bu çətin günlərində, ölkə başçısı Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb:

"Dövlət rəhbərimizin, Mehriban xanımın göstərişi ilə bütün ölkə səfərbər oldu. Xilasedicilərimiz dərhal fəlakət yerinə yollanaraq, insanların təxliyəsinə başladılar.

Zəlzələdən zərərçəkənlər üçün böyük miqyaslı humanitar yardım kampaniyasına start verildi. Türklərin köməyini keçən əsrin əvvəllərindən hiss etmiş qubalılar da bu kampaniyaya böyük həvəslə qoşulublar. 
Bu gün artıq 9-cu humanitar yardım avtomobilini yola saldıq. Bu xeyirxah aksiyamızda bütün qubalılar fəal iştirak edib. Şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, bir sözlə, bütün təbəqədən olan insanlar türk qardaşlarımıza kömək əlini uzadıblar", - deyə Z.Əliyev qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO