Sərhəddə ƏMƏLİYYAT: İrandan Azərbaycana narkotik gətirənlər SAXLANILDI - FOTO

Hazırda oxunan: Sərhəddə ƏMƏLİYYAT: İrandan Azərbaycana narkotik gətirənlər SAXLANILDI - FOTO

119822

İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 10-da saat 12:05-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Xəlilov Şöhrət Oqtay oğlu dövlət sərhədini pozaraq 10 kiloqram 280 qram narkotik vasitə “marixuana”, 8 ədəd “metadon M-40” və 30 ədəd “namadol” həblərini ölkə ərazisinə keçirməyə cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO