Balakənli şəhid valideynlərindən Türkiyəyə qardaşlıq YARDIMI - FOTO

Balakənli şəhid valideynlərindən Türkiyəyə qardaşlıq YARDIMI - FOTO

Hazırda oxunan: Balakənli şəhid valideynlərindən Türkiyəyə qardaşlıq YARDIMI - FOTO

119805

Qardaş Türkiyədə baş verən zəlzələ və onun fəsadları hamı kimi şəhid ailə üzvlərini həmçinin qaziləri də çox narahat edib.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, Balakəndə yaşayan şəhid valideynlərinin təşəbbüsü, bu qardaşlıq bağlarının, tellərinin sarsılmazlığına bir örnək sayıla bilər.

Bir çox xalqların birlik və bərabərlik şəraitində yaşadığı Balakəndə şəhid valideynlərinin yeni təşəbbüslə çıxış etməsi nəinki rayonda, hətta ölkədə böyük rəğbətlə qarşılanıb.
Belə ki, şəhid ailələri Türkiyədə zəlzələdən zərərçəkən bölgələrdəki şəhid ailələri üçün yardım kampaniyasına başlayıblar.

Balakən rayonunun "Gənclər evi" də toplanılan bu yardımların üzərində şəhidlərin rəsmi də əks olunub. Bu bağlamalar eynən həmin bölgələrdəki şəhid ailələrinə çatdırılacaq.

"Türkiyədə olan zəlzələni eşitdim və kədərləndim. Onların ağrı-acısını hiss etdim. Oradakı şəhid ailələrinə mən də arxa-dəstəyimi göstərmək üçün yardım kampaniyasına başladıq. Bilsinlər ki, tək deyillər. Biz hər zaman türk qardaşlarımızın yanındayıq..." -, deyə Şəhid atası  Fazil Rəşidov öz fikirlərini bildirib.

Şəhid anası Nəzakət Əsdiyeva isə tanınmış qənnadçıdır. Deyir, bağlamadakı qənnadı məhsulların hamısı təp-təzə yenicə kürədən çıxıb:

”Biz, Balakən rayon şəhid ailələri Türkiyənin indiki vəziyyəti ilə çox narahat olduq, kədərləndik. Şəhid ailələri olaraq onlara yardım kampaniyası təşəbbüsü irəli sürdük. Az da olsa, Türkiyədə yaşayan şəhid analarına, soydaşlarımıza payımız olsun, bizdən də bir dəstək olsun”.

Şəhid valideynlərinin təşəbbüsünə qazilər də qoşulub. İkinci qrup əlil Sarvan Şibliyev söhbət zamanı deyir ki, bu yardımlarla kifayətlənmək istəmirlər. Onlarla qazi və Vətən Müharibəsi iştirakçısı var ki, könüllü olaraq, zəlzələdən zərərçəkmişlərə kömək etmək üçün getmək istəyir.
Həmin insanları bir araya gətirib dövlət orqanlarına müraciət edəcəklər.

Əlavə olaraq, şəhid valideynləri və qazilər söhbət zamanı yaxın günlərdə qanvermə aksiyası təşkil etməyi və bu xeyirxahlıq aksiyasının əhatə dairəsinin genişlənməsi istiqamətində iş aparılacağını da bildiriblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO