Bu gecə Şimal-Qərb bölgəsində temperatur AŞAĞI DÜŞDÜ

Bu gecə Şimal-Qərb bölgəsində temperatur AŞAĞI DÜŞDÜ

Hazırda oxunan: Bu gecə Şimal-Qərb bölgəsində temperatur AŞAĞI DÜŞDÜ

119797

Bu gecə bölgədə temperatur mənfi 6-8 dərəcə arasında dəyişib və magistral yollarda əsasən körpülər buz bağlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün bölgə rayonlarında qarlı hava müşahidə olunmasa da temperatur gün ərzində 1-2 dərəcədə qalıb. Axşama doğru isə sürətlə soyumağa başlayıb.

Quru və dondurucu hava tezliklə bəzi yolarda donma və buzlamayla nəticələnib.

Qaraməryəm-İsmayıllı-Şəki magistralının dağətəyi yollarında belə hallara daha çox təsadüf edilib.

Həmçinin Şəki-Qax-Zaqatala yolu üzərində yerləşən Daşüzçay, Kişçay, Şinçay körpülərində buzlama halları qeydə alınıb.

Şəki yol istismar idarəsindən Bizim.Media-ya bildirilib ki, baş verə biləcək buzlamaları nəzərə alaraq axşamdan əsasən körpülərə kəpək tökülüb, bu səhər isə nəzarət artırılıb.

Hazırda bölgənin magistral yollarında hərəkətdə problem olmasa da sürücülərə ehtiyatlı davranmaq və sürət həddini aşmamaq tövsiyyə edilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO