Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və dindarların iştirakı ilə bu gün Naxçıvan şəhərindəki Kazım Qarabəkir Paşa məscidində cümə namazı qılınıb, qardaş Türkiyədə zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunulub, yaralılara şəfalar dilənilib.
Bizim.Media “Nuhçıxan”a istinadən xəbər verir ki, bu məqsədlə daha sonra mərasim evində ehsan verilib.
Qardaş ölkədə baş verən dəhşətli faicədən zərər çəkənlərə kömək məqsədilə Naxçıvandan geniş yardım kampaniyası başladılıb. Son iki gün ərzində muxtar respublikadan zəlzələ bölgəsinə 35 TIR humanitar yardım göndərilib.
Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. 77 711 nəfər isə yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:31 / 10.02.2023
Naxçıvanda zəlzələ qurbanlarının xatirəsinə EHSAN VERİLDİ - FOTO
Hazırda oxunan: Naxçıvanda zəlzələ qurbanlarının xatirəsinə EHSAN VERİLDİ - FOTO
Hazırda oxunan: Naxçıvanda zəlzələ qurbanlarının xatirəsinə EHSAN VERİLDİ - FOTO
119749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.