Bu avtobus “Xocəsən” metrosu istiqamətində işləyəcək

Bu avtobus “Xocəsən” metrosu istiqamətində işləyəcək

Hazırda oxunan: Bu avtobus “Xocəsən” metrosu istiqamətində işləyəcək

119731

“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. 

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Bildirilib ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən etibarən fəaliyyət göstərəcək. 

Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO