BİZİM TƏQVİM: Malıbəyli və Quşçular kəndləri 31 ildir işğal altındadır

BİZİM TƏQVİM: Malıbəyli və Quşçular kəndləri 31 ildir işğal altındadır

Hazırda oxunan: BİZİM TƏQVİM: Malıbəyli və Quşçular kəndləri 31 ildir işğal altındadır

119722

11 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib. 28 il erməni işğalı altında qalan kəndlər İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçib.

Bəs, 11 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 11 fevral 1725-ci ildə Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bundan üç gün əvvəl (8 fevral) ölən çar I Pyotr sələflərinə ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyi vəsiyyət edib.

2. 11 fevral 1794-ci ildə ABŞ senatının ilk sessiyası keçirilib.

3. 1873-ci ilin bu günündə Kral I Amadeo İspaniyadan imtina edib.

4. 11 fevral 1968-ci ildə İsrail-İordaniya sərhəddində qarşıdurma baş verib.

5. 1809-cü ilin bu günü ingilis ixtiraçısı Robert Fulton buxarlı gəminin patentini alır. Yelkən və kürək istifadə edilmədən suda üzən ilk gəmi idi və bu, Amerika hökuməti tərəfindən böyük maraqla qarşılanır. R.Fulton 1815-ci ildə ABŞ hökumətinin təklifi ilə ilk buxarlı döyüş gəmisini də yaradır. 

6. 1929-cu ilin 11 fevralında İtaliya hökuməti ilə Roma Papası arasında Lateran sazişi imzalanıb. Baş nazir Benito Mussolini ilə Papa XI Piyin imzaladığı həmin sənədə görə, Vatikan suveren dövlət elan olunub.

7. Amerika Mətbuat Birliyi Fondu “Amerika və Kanada xaricində dərc olunan qəzetlər üçün” müəyyən etdikləri Dünya Mətbuat Uğur Mükafatını 1965-ci ilin bu günü Türkiyədən “Yeni Adana” qəzetinə verir. Qəzet bu mükafatı alan ilk və tək Türkiyə qəzeti olaraq tarixə düşür.

8. 11 fevral 1959-cu ildə Türkiyə ilə Yunanıstan arasında Kipr adası ilə bağlı Sürix-London müqavilələri imzalanıb. Daha sonra Britaniyanın, habelə adanın yunan və türk icmalarının da imzaladığı sazişlərə əsasən, 1960-cı ildə Kiprdə iki icmanın birgə dövləti yarandı. Amma ideya az sonra iflasa uğradı və adada hərbi münaqişə başladı.

9. 1978-ci ilin 11 fevralında Təbriz avtovağzalının yerləşdiyi Rahahən meydanında nümayişçilər İran şah ordusu tərəfindən atəşə tutulur. Bir il sonra - 1979-cu ilin 11 fevralında İranda İslam inqilabı baş verib. Nəticədə Pəhləvi sülaləsinin monarxiya rejimi devrilib, İran şahı başqa ölkəyə qaçıb və İran İslam Respublikası elan olunub.

10. 2006-ci ilin 11 fevralında alman arxeoloqlar Şanlıurfa Göbəkli təpəsində bəşəriyyətin ən qədim xəbər sistemi olaraq xarakterizə etdikləri və bu gün də istifadə edilən yazının ibtidai forması olan işarələr tapıblar.

11 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Zəngilər sülaləsindən olan hökmdar, atabəy Nurəddin Mahmud Zəngi 1118-ci ilin bu günündə anadan olub.

2. 11 fevral 1740-cı ildə II Şah Təhmasib vəfat edib. O səfəvilər xanədanlığından olan X şahı və Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu idi.

3. Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı 11 fevral 1884-cü ildə vəfat edib. O Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi idi.

4. 11 fevral 1845-ci ildə Əhməd Tofiq Paşa anadan olub. O Osmanı imperiyası dövründə 3 dəfə - ümumilikdə 2 il 4 ay 29 gün sədrəzəm olub. Ən başlıcası isə Osmanlının sonuncu sədrəzəmi kimi o tarixə düşüb.

5. Sovet İttifaqı Qəhrəmanı Bəkir Mustafayev 11 fevral 1898-ci ildə anadan olub.

6. Ədəbiyyatşünas, tənqidçi, AYB-nin üzvü, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov 11 fevral 1920-ci ildə doğulub.

7. Bu gün Qərb fəlsəfəsinin görkəmli şəxsiyyəti, fransız filosof, fizik, riyaziyyatçı Rene Dekartın xatirə günüdür.

8. 1784-cü ilin 11 fevralında Azərbaycanın maarifçi və böyük satirik şairi Qasım bəy Zakir dünyaya gəlib. Qasım bəy Zakir 19-cu əsrin I yarısında yaranmağa başlayan realist ədəbiyyatın görkəmli nümayəndəsi, Vaqif ənənələrinin davamçısı sayılır. Onun lirik şeirlərində xalq poeziyasının təsiri güclüdür. Mənzum hekayələr və təmsilləri ilə Q.Zakir Azərbaycan satirik ədəbiyyatının gözəl nümunələrini yaradıb. (1784-1857)

9. Rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov 1829-cu ilin bu günü Tehranda qətlə yetirilib.

10.  11 fevral 1847-ci ildə ABŞ-ın Ohayo ştatında məhşur Amerika ixtiraçısı Tomas Alva Edison anadan olub. O, dünyada ilk dəfə ictimai istifadə üçün elektrik stansiyası yaradıb. (1847-1931)

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO