Azərbaycanda ölüm cəzası almış nə qədər şəxs hazırda HƏBSDƏDİR? – AÇIQLAMA

Azərbaycanda ölüm cəzası almış nə qədər şəxs hazırda HƏBSDƏDİR? – AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda ölüm cəzası almış nə qədər şəxs hazırda HƏBSDƏDİR? – AÇIQLAMA

119711

Azərbaycanda ölüm cəzasının ləğv olunmasından 25 il keçir. Azərbaycan Şərq aləmində ölüm cəzasını ləğv edən ilk ölkə kimi də tarixə düşüb. Sonradan ləğv edilmiş ölüm cəzası Azərbaycanda ömürlük azadlıqdan məhrumedilmə ilə əvəzlənib.

Qeyri rəsmi məlumatlara görə Azərbaycanda 300-dən çox ömürlük azadlıqdan məhrum edilmiş şəxs var. Ömürlük məhbuslar arasında 25 ildən çox cəza çəkənlər, hətta yaşı 70-i keçənlərin də olduğu bildirilir.

Statistika niyə açıqlanmır?

Ədliyyə Nazirliyinə ünvanladığımız bu sorğuya cavab olaraq bildirilib ki, məhkumların sayı, xidməti istifadə üçün olduğundan ictimaiyyət üçün qapalı saxlanılır.
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, təxminən 3 il əvvəl Azərbaycanda 25 minə yaxın məhkum olduğu açıqlanmışdı:

“Mən tanıdığım 10-a yaxın şəxs var ki, ölüm hökmü cəzası almış məhkumlardır. O vaxtki amonçular və “Qaranquş” dəstəsinin üzvülərindən 4 nəfər ölüm hökmünə görə hələ də həbsdədir. Hansı ki, sonradan onların cəzası ömürlük həbslə əvəzləndi”.

Vəkil qeyd edib ki, ölüm hökmünün ləğvi qərarı bütün ölkələrdə humanistlik prinsipindən irəli gələrək verildi və bu doğru addımdır:

“Amerikanın bəzi ştatlarında ölüm hökmü qalıb. Amma xeyli ölkələrdə bu cəza növü ləğv edilib. Çünki bununla bağlı çox ciddi problemlər var idi. Əsassız şəxslərə sərt edam hökmləri verilirdi. Hətta qonşu Rusiyada serial ölümləri törədən cinayət işi üzrə aidiyyəti olmayan bir neçə şəxs günahsız yerə edam olunmuşdu.

Əsl cinayətkar müəyyən olunandan sonra bu məsələ ciddi müzakirəyə çevrildi. Bu baxımdan demokratik və humanist cəmiyyətlərin çoxu ölüm hökmünün ləğvinə çalışırlar. Ölüm hökmünün Azərbaycanda da ləğvi doğru qərardır. Hüquqşünas və vətəndaş olaraq biz də xeyli sayda məhkəmə səhvlərini görürük.

Bu məhkəmə səhvləri istənilən ölkələrdə də ola bilər. Ölüm hökmünün ləğvi məsəsləsini dinlə də bağlayırlar. Deyirlər ki, Allahın verdiyi həyatı insan ala bilməz. İnsanın insan tərəfindən öldürülməsi günah sayılır. Təbii ki, müharibələr istisna olunmaqla...”

Xatırladaq ki, 1993-cü ildən Azərbaycanda ölüm cəzasının icrası dayandırılıb. 1998-ci ildə isə cəza müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə tətbiq imkanı saxlanmaqla ləğv edilib. Ardınca isə əfv və amnistiya institutları bərpa edilib.
Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük həbs cəzası qadınlara, 18 yaşına çatmamış şəxslərə və ömürlük həbs barədə hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə şamil olunmur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO