Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə edilən yardım aksiyasına Naftalan da qoşulub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qardaş ölkəyə göndərilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətinin xətti ilə humanitar yardım bu gün Gəncəyə gətirilib.
Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yardım kampaniyası çərçivəsində zəruri geyimlər, yorğan-döşək dəstləri və tibbi ləvazimatlar göndərilir:
“Türkiyə xalqının kədəri bizim kədərimizdir. Biz bu çətin gündə türkiyəli qardaşlarımızın yanında olmağı və onlara dəstək verməyi özümüzə borc bildik.
Naftalandan lazım olan geyim və tibbi ləvazimatlarla yanaşı, əl arabaları və əsaları da zəlzələdən əziyyət çəkən qardaşlarımız üçün göndəririk. Təbii ki, bu yardımlarımız davamlı olacaq”-, deyə icra hakimiyyətindən bildirilib.
Bu gün Naftalan rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad etmək məqsədilə
Türkiyənin Gəncədəki Baş Konsulluğuna gəlib.
O, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb, qardaş Türkiyəyə Azərbaycanın dəstəyini bir daha ifadə edib.
Sonra V. Novruzov Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüb. Sonda həlak olanların ruhuna dualar oxuyublar.
Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 10.02.2023
Naftalan da yardım kampaniyasına QOŞULDU - FOTO
Hazırda oxunan: Naftalan da yardım kampaniyasına QOŞULDU - FOTO
Hazırda oxunan: Naftalan da yardım kampaniyasına QOŞULDU - FOTO
119695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.