Bakının Baş Planında yer almayan binalar SÖKÜLƏCƏK? - AÇIQLAMA

Bakının Baş Planında yer almayan binalar SÖKÜLƏCƏK? - AÇIQLAMA

Hazırda oxunan: Bakının Baş Planında yer almayan binalar SÖKÜLƏCƏK? - AÇIQLAMA

119686

Türkiyədə baş vermiş dəhşətli zəlzələ yaşayış binalarının inşası ilə bağlı məsələdə bir sıra narahatlıqlar yaradıb. Xüsusilə zəlzələ zamanı hündürmərtəbəli binada təhlükənin daha ciddi olduğu ehtimalı aktual olaraq qalır.

Rəsmilərimizin bildirdiyinə görə Bakıda tikilən bütün yeni hündürmərtəbəli binalara və digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir.

Mütəxəssislərin bildirdiyinə görə son vaxtlar paytaxtı bürüyən lazımlı və lazımsız “göydələn” lərin sayının artması, sıxlıq olan Bakıda vəziyyəti daha da gərginləşdirir. 
Maraqlıdır, yükü günbəgün artan və sıxlıq olan Bakının relyefinə bundan sonra hündürmərtəbəli binaların inşası uyğundurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan memar Faiq İsmayılovun sözlərinə görə Türkiyədə baş verən zəlzələ Azərbaycana dərs olmalıdır:

“Hamımız yaxşı bilirik ki, müstəqillik dövründən bu yana Bakı və ətraf ərazilərində çox sayda hündürmərtəbəli binaların tikintisində nəzərdə tutulan ümumi qaydalara riayət olunmayıb:

“Binaların bir-birinə yaxın tikilməsi, həyətlərdə toplantı yerlərinin olmaması bir yana binaların keyfiyyət məsələsi də mütəxəsislər arasında müzakirə mövzusuna çevrilib. Odur ki binaların seysmik zonalarında olub olmaması, tikintinin keyfiyyəti təcili olaraq yoxlanmalıdır.

Müvafiq göstəricilərə cavab verməyən binaların söküntüsünə başlanmalıdir. Əgər belə etsək gözlənilən faciələrdən qismən də olsa sığortalanmış olarıq”
Memar Cahid Həsənov isə qeyd edib ki, sürüşmə və Bakının Baş Planında yer almayan zonalarda inşanın aparılması, binalararsı məsafənin gözlənilməməsi hər an baş verəcək təhlükədən xəbər verir:

“Bakının relyefinə nəzər salsaq, görərik ki, şəhərin özü böyük bir amfiteatrdır və enişli-yoxuşludur. Elə küçə var ki, bu başı ilə o başı arasında 3-5-8 metr hündürlüyündə fərq var. İnşa edilən binalar konstruktiv baxımdan möhkəmdirsə, burada heç bir yüklənmədən söhbət gedə bilməz. Hətta bütün dünyada dənizin ortasında hündürmərtəbəli binalar tikilir. Bizdə də bu, baş verə bilər. Sadəcə olaraq ərazi əvvəlcədən yoxlanmalı və seysmikliyi barədə rəy verilməlidir”.

Memar əlavə edib ki, Bakının Baş Planı mərhələli şəkildə və zonalar üzrə hazırlanmalı idi ki, boşluq olmasın:

“Baş Planın hazırlanması illərlə çəkir, ona qədər isə minlələ bina tikilir. Baş Planda isə o binalar öz əksini tapmır. Bu binaları sökəcəklərmi? Yox, qalır...Ona görə də Baş Plan mərhələli şəkildə həyata keçirilsəydi neqativ hallar olmazdı.
Söhbət hündürmərtəbəli binaların harda gəldi tikintisindən gedir. Bu cür binaların sayını çoxlatmaqla Bakının dənizə panaramasının, anfiteatrın qarşısı alınır”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO