KRAŞ SİNDROMU – Zəlzələnin ardınca bir də BU BƏLA gəlir

KRAŞ SİNDROMU – Zəlzələnin ardınca bir də BU BƏLA gəlir

Hazırda oxunan: KRAŞ SİNDROMU – Zəlzələnin ardınca bir də BU BƏLA gəlir

119646

Zəlzələ qəfil gələn və çox ciddi fəsadlar törədən bir təbiət hadisəsidir. Ona görə də zəlzələdən sonra həm insanların psixologiyasında, həm də fiziologiyasında ciddi fəsadlar yaranır.

Zəlzələdən sonra ortaya çıxan sağlamlıq problemlərindən biri olan “kraş sindromu”dur. Bu sindrom qısa müddət ərzində əzilmə, uzun müddət sıxılma və hərəkətsizlik nəticəsində zədələnmə ilə yaranır.
Belə hallarda xəstədə toxuma zədələnməsi və əzələ nekrozu baş verir. Müalicə edilmədikdə, bu ölümlə nəticələnə bilir. Əzilən bölgədə sıxılmış əzələlərdə azot oksidi səbəbiylə damar genişlənməsi hiperkalemiya və ya hipokalemiya ilə sürətlənir və bütün qan dövranı sisteminə mənfi təsir göstərir.

“Kraş sindomu” haqqında danışan Tibb elmləri doktoru Yusif Osmanov deyib ki, bu zəlzələnin insan orqanizminə ən ağır fəsadlardan biridir:

“Uzun müddətli “kraş sindromu” nəticəsində venoz durğunluqla birgə ətrafların total və ya seqmentar işemiyası, sinirlərin travması baş verir. Toxumaların davamlı mexaniki zədələnməsi ilə əlaqədar toksiki maddələrin, ələxsus mioqlobinin konsentrasiyası eksponensial artmağa başlaylr. Metabolik asidoz fonunda mioqlobin böyrək kanalcıqlarına yığılaraq onları blokadaya uğradır və reabsorbsiyanı pozur. DDL isə filtrasiya prosesini tormozlayaraq nəticədə kəskin böyrək çatmamazlığına gətirib çıxarır”.

Bəs, “kraş sindromu”nda patogenetik faktorlar hansılardır?

Yusif Osmanov bununla bağlı aşağıdakıları qeyd edib:

“-hüceyrələrin zədələnməsi fonunda yaranan travmatik toksemiya; 

- disseminasiya olunmuş damardaxili laxtalanma (DDL); 

- zədələnmiş ətraflarda kəskin ödem nəticəsində plazma itkisi;

- mərkəzi sinir sistemində koordinasion pozğunluğa rəvac verən güclü ağrı impulsları və s.”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO