Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ təkcə sadə insanları deyil, həm də elm adamlarını riqqətə gətirib. 12 ballıq şkala üzrə 7.8 ballıq zəlzələ dəhşətli sayılmasa da bu qədər dağıdıcı olması bir çox suallar doğurur.
Ekspertlərin bir qismi zəlzələnin bu qədər dağıdıcı olmasını təkanların çox olması və uzun sürməsi ilə izah edirlər. Bir qism ekspertlərsə inşaat sektorunda yol verilmiş ciddi nöqsanlara görə faciənin coğrafiyasının bu qədər böyük olduğunu deyir.
Seysmoloqların fikrincə, Türkiyə və Suriyada baş verən 7,8 bal gücündə zəlzələ bu onilliyin ən ölümcül zəlzələlərindən biri olacaq. 1970-ci ildən bu yana ərazidə Rixter şkalası üzrə 6.0-dan yuxarı yalnız üç zəlzələ qeydə alınıb.
Ancaq 1822-ci ildə bölgədə 7 bal gücündə zəlzələ baş verdi və təxminən 20 min adam öldü.
Orta hesabla hər il 7.0 bal gücündə 20-dən az olmayaraq zəlzələ olur ki, bu da Türkiyəni şiddətli zəlzələ halına gətirir.
London Universitet Kollecinin Fəlakət Riski və Azaldılması İnstitutunun rəhbəri Coanna For Uokerin sözlərinə görə, 2016-cı ildə İtaliyanın mərkəzi hissəsində baş verən və təxminən 300 nəfərin ölümünə səbəb olan 6,2 bal gücündə zəlzələ ilə müqayisədə Türkiyə-Suriya zəlzələsi 250 dəfə çox enerji buraxıb.
2013-cü ildən 2022-ci ilə qədər yalnız iki ən ölümcül zəlzələ bu zəlzələ kimi eyni maqnitudaya malik idi.
Alimlərin fikrincə, Şərqi Anadolu qırılması sürüşmədir. Burada bərk daş plitələr bir-birinə qarşı şaquli bir nasazlıq xətti ilə itələnir və gərginlik yaradır. Nəticədə, lövhələrdən biri üfüqi bir hərəkətlə sürüşür, zəlzələyə səbəb ola biləcək böyük miqdarda gərginlik buraxır. Türkiyə-Suriya zəlzələsinin ilkin qopması nisbətən dayaz dərinlikdə başlayıb.
Məsələ ilə bağlı yerli mütəxəssislərin də fikirlərini öyrəndik.
Tanınmış seysmoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələ akveturasına görə orta dərəcəli zəlzələdir:
“Bizim hesablamalarımıza görə çox olsa da, yaponların hesablamasına görə azdır. Zəlzələnin bu qədər dağıdıcı və faciəli olmasının bir səbəbi uzun sürməsidirsə, digər səbəbi tikintidə olan məsuliyyətsizlikdir. Adətən 12 ballıq zəlzələdə belə viranəlik olur.
Burda 7.7-7.8 ballıq zəlzələdə hər şey yerlə yeksan oldu. Bu zəlzələ zamanı yer qatındakı plitələrin toqquşması da baş verib. Xatırladım ki, Yaponiyada 9.1 bal gücündə zəlzələ olanda bu qədər dağıntı və itki olmamışdı. Heç bir nəfər də ölmədi”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 10.02.2023
Türkiyədə zəlzələ niyə bu qədər güclü və dağıdıcı oldu? - AÇIQLAMA
Hazırda oxunan: Türkiyədə zəlzələ niyə bu qədər güclü və dağıdıcı oldu? - AÇIQLAMA
Hazırda oxunan: Türkiyədə zəlzələ niyə bu qədər güclü və dağıdıcı oldu? - AÇIQLAMA
119628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.