Heydər Əliyev Fondunun növbəti yardımı Türkiyəyə yola salınır – FOTO

Heydər Əliyev Fondunun növbəti yardımı Türkiyəyə yola salınır – FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondunun növbəti yardımı Türkiyəyə yola salınır – FOTO

119620

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Türkiyədə zəlzələ bölgəsinə humanitar yardım kampaniyası çərçivəsində vətəndaşlardan toplanan isti geyim və digər zəruri əşyalar ötən gün gecə saatlarınadək zəlzələ bölgəsinə yola salınmaq üçün qablaşdırılıb.

Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında (Neftçilər prospekti) fevralın 8-dən təşkil olunan yardım aksiyası vətəndaşların axını müşahidə olunur. 

İnsanlar müxtəlif geyim, təmizlik və isinmək üçün lazımı vasitələri Bakı İdman Sarayına gətirir.

Türkiyənin Azərbaycandakı səfirliyinin humanitar yardım çağırışına dəstək olaraq, təşkil olunan aksiyada vətəndaşlar tərəfindən ianə olunan bütün isti geyimlər və lazımi əşyalar könüllülər tərəfindən çeşidlənərək qutularda TIR-lara yüklənib və qardaş ölkəyə yollanmaq üçün istiqamət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO