Bu gün günorta saatlarında Şəkinin Kiçik Dəhnə kəndi ərazisində sahibsiz it kənd sakininə xəsarət yetirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sahibsiz itin hücumuna məruz qalan şəxs 57 yaşlı kənd sakini Laçın Adamovdur.
O, kəndin ərazisində piyada hərəkətdə olarkən qəflətən qarşısına çıxan itin hücumuna məruz qalıb. Bu zaman it onun sol aşağı ətrafının bud nahiyəsinə müxtəlif xəsarətlər yetirib.
Hadisədən sonra zərərçəkmiş şəxs yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanada Laçın Adamova ilkin tibbi yardım göstərilib. Daha sonra quduzluğa qarşı peyvənd vurulub.
Rayon mərkəzi xəstəxanasından Bizim.Media-ya bildirilib ki, Laçın Adamovun həyatı üçün təhlükə olmadığından həkimlərin rəyindən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:55 / 09.02.2023
Sahibsiz it Şəki sakininə xəsarət yetirdi
Hazırda oxunan: Sahibsiz it Şəki sakininə xəsarət yetirdi
Hazırda oxunan: Sahibsiz it Şəki sakininə xəsarət yetirdi
119530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.