"Naxçıvan" Universitetinin rəhbərliyi Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gedərək qardaş ölkədə baş verən faciəvi hadisə ilə bağlı başsalığı verib.
Bizim.Media xəbər verir ki, rektor Anar Kazımov Baş Konsulluqda açılan matəm kitabına başsalığı ilə bağlı ürək sözlərini yazıb.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşən rektor Türkiyədə baş verən və 10 vilayəti əhatə edən dəhşətli zəlzələdən duyduğu narahatlığı dərin hüznlə ifadə edərək dost və qardaş Türkiyə dövlətinə və xalqına başsalığı verib, yaralananlara isə şəfa diləyib.
Qeyd edilib ki, bu gün ölkəmizin hər bir yerində olduğu kimi “Naxçıvan” Universitetinin də bütün pedaqoji heyəti və tələbələri bütünləşərək təbii fəlakətdən əziyyət çəkənlərə tam dəstək göstərir.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:28 / 09.02.2023
\"Naxçıvan\" Universitetinin rəhbərliyi muxtar respublikadakı Türkiyə konsuluna BAŞSAĞLIĞI VERDİ - FOTO
Hazırda oxunan: \"Naxçıvan\" Universitetinin rəhbərliyi muxtar respublikadakı Türkiyə konsuluna BAŞSAĞLIĞI VERDİ - FOTO
Hazırda oxunan: \"Naxçıvan\" Universitetinin rəhbərliyi muxtar respublikadakı Türkiyə konsuluna BAŞSAĞLIĞI VERDİ - FOTO
119527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.