Qubadan daha 5 yük maşını Türkiyəyə yardım üçün YOLA DÜŞDÜ - FOTO 

Qubadan daha 5 yük maşını Türkiyəyə yardım üçün YOLA DÜŞDÜ - FOTO 

Hazırda oxunan: Qubadan daha 5 yük maşını Türkiyəyə yardım üçün YOLA DÜŞDÜ - FOTO 

119517

Bu gün Qubanın Qaraçay kəndindəki yardım məntəqəsindən  zəruri avadanlıq və mallar yüklənmiş 5 yük maşını Türkiyəyə yola salınıb. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Quba İcra başçısı Ziyəddin Əliyev yardım maşınlarının yola salınmasında iştirak edib. 

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev burada rayonun müxtəlif kəndlərindən yardım gətirən sakinlərlə görüşüb.Sakinlərə Türkiyədə fevralın 6-da baş verən zəlzələ barədə geniş məlumat verən rayon rəhbəri sakinlərə Türkiyənin səsinə ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin səs verdiyini, onun tapşırığı ilə qardaş ölkəyə dərhal xilasedicilərin, eləcə də tələb olunan bütün zəruri vasitələrin göndərildiyini qeyd edib. 

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə böyük həcmli yardımlar da artıq qonşu ölkəyə yola salınıb. 

Quba İcra Hakimiyyətinin başçısı yardım kampaniyasında özünün də bir vətəndaş kimi köməklik göstərdiyini söyləyərək qeyd edib ki, rayon əhalisi qardaş ölkəyə yardım göstərilməsi məqsədi ilə "Qardaş köməyi” şüarı altında həyata keçirilən kampaniyada fəal iştirak edib. 

Qeyd edilib ki, Qubada indiyədək bir neçə yerdə yardımlar toplanıb və icra hakimiyyəti ilə koordinasiya olunmuş şəkildə Bakıda müəyyən olunmuş yerlərə göndərilib.  

Ziyəddin Əliyev yardım aksiyasına qoşulan hər bir kəsə öz təşəkkürünü bildirib və çətin günlərdə xalqımızın birliyinin dünyaya gözəl nümunə olduğunu qeyd edib.  

Qeyd edək ki, Qaraçay kəndində yerli sakinlərlə yanaşı, Özbəkistandan və Gürcüstandan illər öncə deportasiya olunmuş Axıska türkləri də yaşayır.  

Axıskalıların adından danışan İzzət Osmanov Türkiyənin ağır günündə onlara dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə, H.Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya və Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə minnətdarlıq edib. İ. Osmanov Azərbaycanın Türkiyə ilə bir millət, iki dövlət olduğunu xatırladaraq onlara Qubada olan diqqət və qayğıdan da xüsusi razılıq edib.  

Qeyd edək ki, bu gün Qubadan Türkiyəyə çatdırılmaq üçün ümumilikdə 8 humanitar yardım dolu avtomaşın yola düşüb. Rayon rəhbəri bu yardımın davamlı olacağını deyib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO