Bakıda artan “arenda”x9d pulları...

Bakıda artan “arenda”x9d pulları...

Hazırda oxunan: Bakıda artan “arenda”x9d pulları...

119510
Son bir-iki ildə Azərbaycanda obyekt icarələrinin leqallaşması səviyyəsi xeyli yüksəlsə də, amma sahibkarlar arasında qeyri-rəsmi sövdələşmələr hələ də davam etməkdədir.

ANS PRESS-in araşdırmasına görə, qeyri-rəsmi sövdələşmələr əsasən şəhər ətrafı yarmarkalarda müşahidə edilir.xa0Sahibkarlarlaxa0aparılan qeyri-rəsmi söhbətlərdən aydın olur ki, bu yarmarkalarda hələ də sovet illərinə xas qeyri-rəsmi sövdələşmələr aparılır. Bu da sahibkarlar arasında sivil ticarət müqavilələri, o cümlədən icarə müqavilələri bağlamağa imkan vermir.xa0


Nüsrət İbrahimli - “MBA”x9d konsaltinq şirkətinin rəhbəri

Problem əmlakın mülkiyyət hüququndan başlayır. Məsələ bundadır ki, 100 min manat verərək bu yarmarkalarda dükan almış adamların əllərində heç bir mülkiyyət sənədi yoxdur. Buna görə də onlar əmlakı icarəyə verərkən heç bir sənəd imzalamırlar, ödəniş nağd şəkildə əldən ələ verilir. Ödənişlə bağlı heç bir qəbz də verilmir.

Ödəniş prosesi bir neçə mərhələdə həyata keçirilir. Məsələn, orta cərgədə yerləşən 20 kvadratlıq dükanın sahibi obyektini 1500 manata hansısa digər şəxsə verir. Bu zaman heç bir müqavilə imzalanmır və heç bir notariat təsdiqi gerçəkləşdirilmir.xa0
Dükan sahibi icarəçidən aldığı pulun heç də hamısını özünə götürmür. Həmin pulun təxminən 700 manatı yarmarka rəhbərliyinə verilir. Dükan işlədənlərin dediyinə görə, həmin pulun təxminən 300 manatı rəsmiləşdirilərək banka keçirilir.xa0

Onların fikrincə, yarmarkaların verdiyi mülkiyyət sənədləri və s. hamısı fiksiyadır. Əslində, sənəddə yarmarka rəhbərliyi həmin dükanı “faktiki”x9d yiyəsinə icarəyə verilmiş kimi sənədləşdirir. Beləliklə, sahibkarlar real dövriyyənin 5 dəfə kiçildildiyini düşünürlər. Yəni uyğun olaraq, icarədən tutulan vergilər də 5 dəfə kiçildilir. Yarmarkadan birbaşa icarəyə dükan götürmüş ticarətçilər də təxminən bir o qədər pul ödəyir. Sadəcə, həmin pulun böyük hissəsi yarmarka rəhbərliyinə qalır.xa0

Bakının mərkəzində isə vəziyyət fərqlidir. “MBA”x9d konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimlinin ANS PRESS-ə bildirdiyinə görə, bir neçə ildir ki, şəhərin mərkəzindəki ofislərə və ticarət obyektlərinə nəzarət gücləndirilib: “Burada, demək olar ki, hər ay vergidən gələrək hər şeylə maraqlanırlar. Ərazidəki orta bazar qiyməti ilə maraqlanırlar və bütün icarə ödənişlərinin nağdsız yolla gerçəkləşdirilməsini tələb edirlər. Yəni kimsə öz obyektini qeyri-rəsmi yolla icarəyə verə bilməz”x9d.xa0

Bu,xa0Vergilər Nazirliyindənxa0ANS PRESS-ə verilən açıqlamada da təsdiqlənir. Nazirlikdən verilən məlumata görə, obyekt sahibləri icarəni real qiymətdən aşağı sənədləşdirə bilməzlər. Çünki Vergilər Məcəlləsinin 14-cü maddəsi icarəyə verilmiş obyektdən vergini bazar qiymətinə görə tutmağa imkan yaradır.xa0



Bakıda boş qalan dükanlar

Bunun nəticəsidir ki, Nazirlik ölkə üzrə leqallaşan əmlak icarəsinin səviyyəsini artıra bilir. “MBA”x9d konsaltinq şirkətinin məlumatına görə, 2016-cı il fevralın əvvəlinə olan vəziyyətə, ölkə üzrə qeyri-kommersiya obyektlərinin icarəsi manat ifadəsində 9,72% artıb. Halbuki, manatın məzənnəsinin dəyişməsindən sonra əmlak bazarında icarə qiymətləri aşağı salınıb. Şəhər ətrafı yarmarkalarda da kvadratmetrdən tutulan icarə pulu 4 manat, yəni təxminən 20 faiz azaldılıb. Bir çox icarə müqavilələri ləğv edilib. Belə bir zamanda toplam icarə göstəricisinin artması yalnız bu sektora vergi nəzarətinin dərinləşməsi nəticəsində mümkündür.xa0

Əslində, şəhər ətrafı yarmarkalarda icarə müqavilələrinin leqallaşma səviyyəsi artırmalıdır və bu obyektlər də icarə əməliyyatlarından normal vergi ödəməlidirlər. Hər halda, neft gəlirlərinin azaldığı bir dövrdə büdcə daxilolmaları bu cür neftdən kənar sektorlar hesabına təmin edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO