QİDA TERRORU: Bu ərzaqlara vurulan “ÇİN DUZU” asılılıq yaradır

QİDA TERRORU: Bu ərzaqlara vurulan “ÇİN DUZU” asılılıq yaradır

Hazırda oxunan: QİDA TERRORU: Bu ərzaqlara vurulan “ÇİN DUZU” asılılıq yaradır

119471

Ləzzətlə yediyimiz fastfood, kolbasa məhsulları var ki, içərisinə vurulan xüsusi qatqı maddəsi asılılıq yaradır. Nəticədə yedikcə yemək istədiyimiz həmin qidalar orqanizmində bir sıra fəsadlara yol açır. Məlum 4 dad hissindən fərqli olaraq, 5-ci dad hissi - umami yaradan qatqı maddəsi ölkəmizdə də istifadə olunur. 

E-621 kodu ilə tanınan monosodium qlutamat doyma hissini yox edir və bu maddənin qatıldığı məhsullardan isifadə hafizənin zəifləməsi, bəzi nevroloji xəstəliklər də daxil olmaqla bir sıra xəstəliklərə yol açır. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov bildirib ki, bu qatqı maddəsi konservləşdirilmiş məhsullarda, ölkəyə idxal olunan fastfood ətlərində və kolbasa məhsullarında geniş istifadə olunur:

"Bu qatqı maddəsinin köməyi ilə umami adlanan 5-ci dad hissi oyadılır. Bu dad bildiyimiz şirin, acı, duzlu və turş dadlarının qarışığından monosodium qlutomat vasitəsilə yaradılan əlavə bir daddır. Buna bəzən "Çin duzu" da deyilir".

Bu qatqı maddəsinin ziyanlı tərəfi nədir?

Mütəxəssis bildirib ki, ət məhsullarına vurulan xüsusi dadlandırıcılar insanda asılılıq yaradır:

"Bu maddədən ölkəmizdə də istifadə olunur. Nəticədə insanlar konservləşdirilmiş qidalardan, içinə ət vurulmuş hazır şorbalardan, fastfood lardan asılı hala gəlir. İçində bu qatqı maddəsi olan qidaları yeyənlər doymur. Bu maddə daha çox ölkəyə idxal olunan fastfood ətlərdə olur. Yerli istehsalçıların bu qatqı maddəsindən istifadə edib-etmədiyini dəqiq deyə bilmərəm. Beşinci dad hissini verən maddə ətin dadını ləzzətli etdiyi üçün onu yeyənlər təkrar yemək istəyir.

Bəzən deyirlər ki, bu maddənin insana ziyanı yoxdur. Bunu monosodium qlutomatin insan orqanizmi tərəfindən də az miqdarda istehsal olunması ilə izah edirlər. Amma problem ondadır ki, bədəndə olan az miqdar insana kifayət edir. Əlavə olaraq, bu maddəni kənardan qəbul etmək sağlamlığa ciddi ziyan vurur.
Çünki o beşinci dad o qədər ləzzətlidir ki, insan o dadı şüuraltı yaddaşında saxlayır. Acanda ondan yemək istəyir. Fastfood və kolbasanı həddən artıq çox yeyir. Nəticədə o qatqı maddəsinin özü zərər verməsə belə, çox yemək insanda piylənmə, qara ciyərin piylənməsi, mədəaltı vəzin sıradan çıxması, ürək qan-damar sistemində xəstəlik yaranmasına səbəb olur. Bundan başqa yaddaş zəifliyi, parkinson, alzaymr kimi xəstəliklər yarana bilir. İnsanın öyrənmə qabiliyyəti aşağı düşür". 

Müsahibimiz bu qatqı maddəsinin istifadəsinə icazə verildiyini, amma məhsulun üzərində ondan istifadə ölçüsünün olmadığını bildirib:

"Alıcılar özləri diqqətli olmalıdır. İdxal ət məhsullarından, fastfoodlardan çox cüzi miqdarda, gec-gec istifadə edə bilərlər. Azərbaycanda fəaliyyət göstərən şirkətlər var ki, onlar ancaq idxal ətdən istifadə edir. Ona görə sakinlər yerli məhsullara müraciət etsələr, kolbasa məhsulu alarkən içində hansı maddələrin olduğuna diqqət etsələr yaxşı olar. Məsələn, bu maddə vurulan məhsulu ayda-ildə bir dəfə delokates kimi istifadə etsələr, problem deyil. Başqa problem odur ki, indi bütün qidalara onsuz da müxtəlif kimyəvi qatqı maddəsi vurulur. Ona görə də nə qədər az istifadə olunsa, o qədər yaxşı olar".

Ağa Salamov onu da vurğulayıb ki, fastfood, kolbasa sevənlər bu məhsulları ev şəraitində hazırlayıb yesələr, daha yaxşıdır.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO