“Əhalidə qorxu yaratmaq istəyirlər ki, borc-xərc edib kreditləri qaytarsın”x9d

“Əhalidə qorxu yaratmaq istəyirlər ki, borc-xərc edib kreditləri qaytarsın”x9d

Hazırda oxunan: “Əhalidə qorxu yaratmaq istəyirlər ki, borc-xərc edib kreditləri qaytarsın”x9d

119371
Dünəndən çoxları məndən Qorxmaz Agayevin yazısını şərh etməyi xahiş edir. Qabaqcadan deyim ki, Qorxmaz mənim dostumdur. Vaxtı ilə bir yerdə də işləmişik, onun rəhbəri olmuşam. O cümlədən bu səbəbdən yazının müəllifi haqqında dünəndən bəri oxuduğum mənfi (yumşaq desək) şərhlər mənim üçün qəbuledilməzdir. Müəllif vəzifə tutduğu qurumun maraqlarına uyğun yazı dərc edib. Həmin qurum Banklar Asossiasiyasıdır. Yəni bank sistemidir.
Əslində, bu yazı məni çox sevindirdi. Çünki bankların böyük təşviş, qorxu içində olmasını göstərir. Mahiyyətcə bu yazı bankların gündəlik tətbiq etdiyi hədə taktikasının ("asarıq, kəsərik, tutarıq!") sivil formasıdır. Yazı belə başlayır: "Burada mən çalışmışam ki, hüquqi yox, daha çox maddi müstəvidə bu suala aydınlıq gətirim". Yəni hüquqşünas-müəllif özü də qabaqcadan etiraf edir ki, arqumentləri hüquqi deyil. Qeyri-hüquqi rəyə hüquqi dəyər vermək isə mümkünsüz və mənasızdır. Buna görə də fikrimi çox qısa deyəcəyəm.

Əvvəla, heç kəs mübahisə etmir ki, istənilən borc həm qanuna, həm də mənəvi dəyərlərə əsasən qaytarılmalıdır. Lakin iki şərtlə: 1) qanun çərçivəsində; 2) imkan daxilində. Əgər bank qanunu pozubsa, borcu şişirdibsə və s., əvvəlcə bu məsələ çözülməli, borc (həqiqi borc) sonra ödənilməlidir. Əgər borc alanın imkanı yoxdursa, imkanı olanda ödəməlidir, imkanı heç vaxt olmayacaqsa, borc silinməlidir (necə bağlanan banklarda sığortalanmayan əmanətlər batır!). Buna görə də heç kəs demir ki, "borcumu ödəmək istəmirəm", deyirlər ki, "ödəyə bilmirəm".
Hər iki şərtə (qanun və imkan) riayət olunmasını isə yalnız məhkəmə müəyyən edə bilər. Bankların qorxduğu da məhz budur. Borc işlərinin kütləvi şəkildə məhkəmələrə düşməsindən qorxurlar. Çünki bu işləri aparmağa resursları və vaxtları yoxdur. Ən əsası isə bir çox hallarda haqsız olduqlarını bilirlər. Buna görə də əhalidə qorxu yaratmaq istəyirlər ki, insanlar borc-xərc edib kreditləri qaytarmağa can atsın, bankların qanunsuz əməllərinə göz yumsun.
O cümlədən sosial şəbəkələr vasitəsilə insanlar artıq birləşir ki, bankların özbaşınalığına qarşı mübarizə aparsın. Hüquqşünaslar da birləşir ki, vətəndaşlara birgə kömək edə bilsinlər. Bu ay ərzində ölkəmizin ilk Antikollektor şirkəti də fəaliyyətə başlayacaq və əhaliyə borc məsələləri üzrə geniş, kütləvi və sistemli şəkildə hüquqi dəstək verəcək. Təbii, bütün bunlardan banklar qorxur. Düz də edirlər! Amma mən onlara məsləhət görürəm ki, indiyədək dediyimiz hüquqi arqumentlərə qeyri-hüquqi arqumentlərlə cavab verməsinlər. Əhaliyə ciddi güzəştlər etsinlər! İstəyimiz yalnız budur! Yalnız bu halda çoxsaylı və uzunmüddətli məhkəmə proseslərindən və məğlubiyyətdən, çökmədən yaxa qurtara bilərlər. Bu məhkəmə prosesləri əsnasında o cümlədən borc alanların çəkdiyi xərclər də banklardan çıxılacaq. Məsələn, vətəndaşlara psixoloji təsir göstərdikləri səbəbindən çəkilən tibbi xərclər. Bir sözlə, hələ baxarıq, kim kimin xərcini ödəyəcək və nəticədə kimin kimə borcu olacaq! Heç nədən və heç kəsdən qorxmayın! Allahdan başqa! Allah isə heç vaxt sələm kimi murdar əməldən əziyyət çəkənləri darda qoymaz! İrəli!

Əkrəm Həsənov, bank eksperti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO