Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım göndərəcək

Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım göndərəcək

Hazırda oxunan: Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım göndərəcək

119346

"Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir".

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib.

“Belə ki, 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ olan regionlarında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaq. Bir daha Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO