Aran bölgəsinin sakinləri də Türkiyəyə yardım üçün SƏFƏRBƏR OLDU - FOTO 

Aran bölgəsinin sakinləri də Türkiyəyə yardım üçün SƏFƏRBƏR OLDU - FOTO 

Hazırda oxunan: Aran bölgəsinin sakinləri də Türkiyəyə yardım üçün SƏFƏRBƏR OLDU - FOTO 

119293

Aran bölgəsinin sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan görən əhaliyə kömək məqsədilə yardım kompaniyasına start veriblər. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səhər saatlarından başlayan aksiyada Ucar və Göyçay rayon sakinləri fəal iştirak edirlər. 

Belə ki, onların topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələr rayon ərazisində yerləşən müxtəlif ünvanlarda toplanır. 

Artıq bu gün ərzində təkcə Ucar rayonundan 3 ədəd yük maşını Türkiyəyə göndərilməsi üçün Bakı şəhərinə yola düşüb. Sabah isə Göyçay rayonundan olan sakinlərin topladığı müxtəlif geyim, istilik və quru ərzaqla dolu yük maşınları Bakı şəhərinə göndəriləcək. 
Rayon sakinləri Bizim.Media-nın yerli bürosuna bildirib ki, aksiya başladığı andan etibarən rayonda hamı bu aksiyada fəallıq nümayiş etdirirlər. 











Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO