Kür suyunun azalmasının Xəzərə ziyanı yoxdur? – İnstitutdan AÇIQLAMA

Kür suyunun azalmasının Xəzərə ziyanı yoxdur? – İnstitutdan AÇIQLAMA

Hazırda oxunan: Kür suyunun azalmasının Xəzərə ziyanı yoxdur? – İnstitutdan AÇIQLAMA

119280

Rusiya və bir sıra Qərb ölkələri mütəxəssislərinin fikrincə, iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin hövzəsi 9-18 metr aşağı düşəcək.

Onların açıqlamasında hörə, bu vəziyyət ilk növbədə dənizin flora və faunasına, ekoloji tarazlığa, su mənbələrinə çıxışa, yağışların səviyyəsinə və havanın hərarətinə təsir göstərəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev isə bu qənaətdədir ki, Xəzər dənizinin səviyyəsi aşağı düşsə də, 3-4 metrdən aşağı düşməyəcək:

“Xəzər dənizinin səviyyəsi tarixən stabil olmayıb, daimi olaraq dəyişikliyə uğrayıb. Amma onun səviyyəsinin 9-18 metr aşağı düşəcəyilə bağlı proqnozlar reallığı əks etdirmir. Bu barədə heç bir fakt yoxdur. Tarixdə dənizin səviyyəsinin bu qədər aşağı düçməsi barədə hər hansı bir fakt yoxdur. Sadəcə, periodik olaraq onun səviyyəsi gah düşüb, gah da qalxıb.

Keçən sərin 70-ci illərində buna oxşar problem yaşanmışdı. Dərhal Türkmənistan tərəfdən Qaraboğaz körfəzini bağladılar. Amma onun bağlanması ilə Xəzər dənizinin səviyyəsi qalxmağa başladı və bunun nəticəsində müəyyən ziyan dəydi.
Belədə, yenidən Qaraboğaz körfəzini açdılar. Dənizin səviyyəsi aşağı düşə bilər, amma bu rəqəm vəziyyətdən asılı olaraq maksimum olsa-olsa 3-4 metr olacaq. Xəzər dənizinə su əsasən Volqa çayından tökülür. İndiki halda isə Volqa çayının suyunun azalması problemi hiss olunmur. Dənizin səviyyəsi 18 metr aşağı düşərsə, ərazidə çoxsaylı adalar əmələ gələcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO