Bölgə teatrlarında maaşlar niyə VERİLMİR? – Nazirlikdən AÇIQLAMA

Bölgə teatrlarında maaşlar niyə VERİLMİR? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Bölgə teatrlarında maaşlar niyə VERİLMİR? – Nazirlikdən AÇIQLAMA

119279

Mədəniyyət Nazirliyinə tabe olan bölgə teatrlarında yanvar ayının maaşları hələki verilməyib. 

Bununla bağlı Bizim.Media-ya teatrların özlərindən şikayət daxil olub. Bildirilib ki, fevral ayının ilk ongünlüyü olmasına baxmayarq hələ də ötən ayın maaşlarını almayıblar. Nazirliyə tabe olan qurumlarda əməkhaqqının gecikdirilməsinə səbəb rəhbərlikdəki kadr dəyişkliyi ilə əlaqələndirilir. 

Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında gecikdirilən maaşların artıq verilməyə başlanıldığını deyib. Nazirlik rəsmisi əməkhaqqının gecikmə səbəbi barədə məlumat verməyib.

Qeyd edək ki, Mədəniyyət naziri vəzifəsini nazirin birinci müavini Adil Kərimli icra edir. O bu vəzifəyə ötən ilin dekabr ayında təyin olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO