Quş əti və yumurta bahalaşmayacaq – Qarşısı BELƏ ALINDI

Quş əti və yumurta bahalaşmayacaq – Qarşısı BELƏ ALINDI

Hazırda oxunan: Quş əti və yumurta bahalaşmayacaq – Qarşısı BELƏ ALINDI

119272

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Bizim.Media-ya açıqlamasında heyvan yemləri üzərində qoyulan gömrük rüsumunun götürülməyəcyi təqdirdə, quş əti və yumurtanının qiymətinin bahalaşacağının qaçılmaz olduğunu bildirmişdi.

İmzalanan qərar bu qəbildən olan məhsulların qiymətinin sabit saxlanmasında rol oynayacaq.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO