Bakıda Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası davam edir.
Azərbaycan xalqı Türkiyənin bu çətin günlərində sözün həqiqi mənasında qardaş dəstəyini əsirgəmir.
Bizim.Media-nın ərazidə olan əməkdaşları olaraq, görüyümüz bu mənzərə bizə həm kövrək, həm də qürurverici hislər yaşatdı.
İlkin olaraq, Babək prospektində olub yardım kampaniyasında baş verən proseslərin canlı şahidi olduq. Ərazidəki yardım izdihamının böyük olması yolda sıxlıq yaranmasına, insnaların gediş-gəlişinə maneə yaradırdı. Həmçinin bir tərəfdən də kəskin külək və şaxtalı hava....
Havanın soyuqluğu insanların yardım coşğusuna təsir etməsə də, onların rahatlığının təmin olunması üçün artıq yardım yeni ünvanda aparılır.
Heydər Əliyev adına İdman Konsert Kompleksi yardım kampaniyamızın yeni ünvanıdır. Ünvan ictimaiyyətə yeni açıqlansa da yardıma qoşanların sayı dəqiqələr içində artırdı.
Kampaniya zamanı xeyli duyğulu anlar da yaşadıq. Qardaş dərdinə üzülməklə bərabər insanlarımızın birlik, insanlıq sevgisi bizi qəhərlər boğdu.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində davam edən Türkiyəli qardaşlarımıza yardım kampaniyasından son görüntüləri sizə təqdim edirik:
Səkinə Yusibli, Rəşad Əliyev, Bizim.Media