Türkiyəyə göndərilən yardımları çeşidləmək üçün könüllülərə EHTİYAC VAR - VİDEO

Türkiyəyə göndərilən yardımları çeşidləmək üçün könüllülərə EHTİYAC VAR - VİDEO

Hazırda oxunan: Türkiyəyə göndərilən yardımları çeşidləmək üçün könüllülərə EHTİYAC VAR - VİDEO

119232

Türkiyə üçün təşkil edilən yardım kampaniyasına yeni ünvanda da axın başlayıb. Zəlzələdən zərərçəkmiş şəxslərə yığılan yardımlar artıq Heydər Əliyev adına İdman Kompleksində cəmləşir və növə görə çeşidlənir.

Kampaniya yeni ünvanda qısa müddət əvvəl başlamasına baxmayaraq, minlərlə insan yardım üçün səfərbər olub.
Bizim.Media-nın əməkdaşları xəbər verir ki, Heydər Əliyev adına İdman Konsert Kompleksində olublar. Yardım kampaniyasına nəzarət edən yetkililərin bildirdiklərinə görə yığılan yardımların həcmi kifayət qədər çox olduğundan bir neçə nəfərlə çeşidlənməsi mümkün deyil.

Bu səbəbdən könüllülərə ehtiyac yaranıb.

Vətəndaşlarımızdan xahiş olunur ki, yardımların çeşidlənərək cəmləşməsi üçün könüllülüyə qoşulsunlar.

Məlumat üçün bildirək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Aypara Cəmiyyəti sanitar-epidemioloji şərtlərdən və virusun yayılma riskindən irəli gələrək Azərbaycan əhalisindən ikinci əl geyim, eləcə də əşyalardan ibarət yardım göndərilməməsin təkidlə xahiş ediblər.

Videomaterialı təqdim edirik:
 


Alçina Amilqızı, Səkinə Yusibli, Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO