İlham Əliyev: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”x9d

İlham Əliyev: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”x9d

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”x9d

119184
Prezident İlham Əliyevə məxsus “twitter”x9d hesabından (@azpresident) Azərbaycanda 2016-cı ildə baş tutacaq islahatlarla bağlı qısa mesajlar paylaşılıb.
 
Ölkə başçısı bildirib ki, 2016-cı il Azərbaycanda çox ciddi iqtisadi islahatlar ili olacaqdır.

Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı şəffaflıq meyarına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməməlidir”x9d deyə yazıb.

Dövlət başçısı Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəyini də qeyd edib.

İ.Əliyev: “Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə investisiya yatıran və rəqabətqabiliyyətli məhsullar buraxan şirkətlərə güzəştlər tətbiq ediləcək”x9d deyə vurğulayıb.

Prezident Azərbaycanda qeyri-neft sənayesi sürətlə inkişaf etdiyini, texnoparklar, sənaye klasterləri, ölkənin hər bir rayonunda sənaye zonaları yaradıldığını bildirib.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifədir və Azərbaycan əsas ərzaq məhsulları ilə özünü təmin edəcəkdir.

“İslahatlar, şəffaflıq, dinamik inkişaf Azərbaycanda dayanıqlı tərəqqini təmin edəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO