Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı EKSKLÜZİV – “Heç biri tapılmayıb”

Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı EKSKLÜZİV – “Heç biri tapılmayıb”

Hazırda oxunan: Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı EKSKLÜZİV – “Heç biri tapılmayıb”

119178

Türkiyədə baş verən güclü zəlzələdə dağıntılar altında qalan Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə ilə bağlı heç bir məlumat yoxdur.

Söhbət həmin universitetdə təhsil alan və bir evdə yaşayan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədən gedir.

Bu barədə Bizim.Media-ya tələbələrdən birinin -  Samir Quliyevin dayısı oğlu Ramal Şəmşədli məlumat verib. Onun sözlərinə görə tələbələrin dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilmələri barədə informasiyanı elə mediadan oxuyublar. Amma tələbələrin dördündən də məlumat ala bilmirlər:

“AFAD-dan onların dağıntılar altından çıxarılaraq, xəstəxanaya yerləşdirildikləri bildirilmişdi. İki gündür bütün xəstəxanalar gəzilib, o adda uşaqlar yoxdur. Eləcə də dayım oğlu Samir Quliyevdən heç bir məlumat ala bilmirik.
Az öncə Malatyada olan başqa bir azərbaycanlı tələbə ilə danışdıq. Hələki yenilik yoxdur. Bu gün tələbələrin qaldığı binada yenidən axtarış tədbirləri davam edəcək. Samir Quliyevin və onunla birgə Şahin Verdiyev, Hümam İsmayıllı, eləcə də Gündüz Nəzərzadədənin qaldıqları bina 7 mərtəbəli idi. Onlar isə ikinci mərtəbədə yaşayırdılar. Güman edilir ki, uşaqların heç biri çıxarılmayıb və hələ də dağıntılar altındadır”.

Ramal Şəmşədlinin sözlərinə görə sözügedən binanın 3-cü mərtəbəsində yaşayan türk vətəndaşları sağ çıxarılıb:

“Ümidimiz bu günədir. Bu gün orada xilasetmə işləri aparılacaq. İnşəallah hər 4 tələbəmizlə bağlı şad xəbər alarıq”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO