Bir neçə günlük fasilədən sonra Azərbaycanın şimal bölgəsinə yenidən qar yağıb.
Bizim.Media-nın Quba regional hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, Quba, Qusar, Xızı rayonlarına yenidən qar yağmağa başlayıb.
Havanın temperaturu da aşağı düşüb. Ənənəvi olaraq Qubanın Qrız kəndi şaxtalı hava baxımından liderlik edir.
Burada havanın temperaturu bu gün səhər -11 dərəcə şaxta təşkil edib.
Qusarın Ləzə kəndinə düşən qarın hündürlüyü 15 sm-dir. Hazırda bölgəyə qar yağır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 08.02.2023
Şimal bölgəsinə yenidən qar yağdı - FOTO
Hazırda oxunan: Şimal bölgəsinə yenidən qar yağdı - FOTO
Hazırda oxunan: Şimal bölgəsinə yenidən qar yağdı - FOTO
119128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.