"Media subyektlərinin bir sıra vergilərdən azad olunmasını müsbət və faydalı addım hesab edirəm. Bu qanun layihəsi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədini daşıyır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında
"Bizim.Media" xəbər portalının baş redaktoru Anar Tahirov deyib.
Baş redaktor qeyd edib ki, jurnalistikanın əsas məqsədləri siyahısında gəlir əldə etmək ön planda deyil:
"Amma o da gerçəklikdir ki, media subyketlərinin fəaliyyəti üçün maliyyə resurslarının yetərli səviyyədə olması vacib şərtdir. Aydındır ki, gəlir, mənfəət və əlavə dəyər vergilərinin 3 il müdddətinə ləğvi media subyektlərinin maliyyə imkanlarına müsbət təsir edəcək. Təxmini hesablamalar 3 il üçün 10 milyon manata qədər məbləğdə güzəştin olacağını göstərir. Bu, medianın vəziyyətinin yaxşılaşdırılmasına, cəmiyyətdəki rolunun artırılmasına yardım edəcək. Eyni zamanda, gələcəkdə media subyektlərinə daha çevik formada öz iqtisadi və biznes layihələrini həyata keçirməsi üçün əlavə imkanlar yaradacaq".
A.Tahirov əlavə edib ki, bu, medianın fəaliyyətin genişləndirilməsi və inkişafı üçün müsbət perspektiv deməkdir:
"Güzəştlər həm də qələmi ilə yaşayışını təmin edən jurnalistlərin qazancını artırmaqla, rifah halımızın yaxşılaşması üçün yeni imkanlar açacaq. Dolayısı ilə, media üçün bu tip güzəştlərin tətbiqi özünə bu peşəni seçmək istəyən gənclərimiz üçün stimul ola bilər. Həmçinin, bu cür güzəştlərin artırılmasının vacib olduğu qənaətindəyəm.
Xüsusilə də, parlamentin komitə iclasında deputatlarımız tərəfindən qeyd olunan vergilərdən azadolma müddətinin 5 ilə çatdırılması təklifini dəstəkləyirəm. Bu isə azı 15 milyon manatlıq güzəşt deməkdir. Düşünürəm ki, jurnalist maddi vəziyyətlə bağlı nə qədər az düşünsə, işinə o qədər çox fokuslanar. Bundan qazanan isə jurnalistikamız olar".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:41 / 07.02.2023
Baş redaktor: "Jurnalist maddi vəziyyətlə bağlı nə qədər az düşünsə, işinə o qədər çox fokuslanar"
Hazırda oxunan: Baş redaktor: "Jurnalist maddi vəziyyətlə bağlı nə qədər az düşünsə, işinə o qədər çox fokuslanar"
Hazırda oxunan: Baş redaktor: "Jurnalist maddi vəziyyətlə bağlı nə qədər az düşünsə, işinə o qədər çox fokuslanar"
119087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.