44 nömrəli müntəzəm marşrut xətti “BakuBus”a həvalə edildi

44 nömrəli müntəzəm marşrut xətti “BakuBus”a həvalə edildi

Hazırda oxunan: 44 nömrəli müntəzəm marşrut xətti “BakuBus”a həvalə edildi

119051

Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən müvafiq sərəncam ilə 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.

Bu barədə Bizim.Media-ya BNA-dan məlumat verilib.

Bildirilib ki, məqsəd, 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir.

Sərəncama əsasən “BakuBus” MMC-yə 08 fevral 2023-cü il tarixindən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalarını təşkil etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO