Pensiya yaşını doldurmuş SƏFİRLƏRİMİZ – ARAŞDIRMA 

Pensiya yaşını doldurmuş SƏFİRLƏRİMİZ – ARAŞDIRMA 

Hazırda oxunan: Pensiya yaşını doldurmuş SƏFİRLƏRİMİZ – ARAŞDIRMA 

119050

Son rəsmi açıqlamalar görə Azərbaycanın 70-ə yaxın xarici ölkədə, eləcə bir sıra beynəlxalq və regional təşkilatlarda nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrin bir çoxunda yalnız səfirliyimiz fəaliyyət göstərsə də, bəzi ölkələrdə yalnız konsulluğumuz mövcuddur. Bir neçə ölkədə isə səfirlik və konsulluqlarımız paralel şəkildə fəaliyyət göstərir.

Xarici ölkələrdə Azərbaycanı rəsmi şəkildə təmsil edən diplomatlarımızla bağlı təyinatlara da tez-tez rast gəlirik. Son illərdə yeni təyin olunan səfirlər içərisində gənc kadrlar çoxluq təşkil etsə də, fəaliyyətini davam etdirən təcrübəli diplomatlarımız da var.

Onlardan bəziləri vaxtilə ölkəmizdə yüksək vəzifələrdə də çalışıblar.

Bizim.Media pensiya yaşına çatmış səfirlərimizi araşdırıb.

Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 77 yaşı var. 1945-ci il təvəllüdlü Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri  vəzifəsində işləyib. O, 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir.

Hüseyn Quliyev

Azərbaycanın Özbəkistam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin 76 yaşı var. 1946-cı il təvəllüdlü Hüseyn Quliyev hələ sovet dövründən diplomat kimi çalışır. Belə ki, o, 1978-1982-ci illərdə keçmiş SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir vəzifəsində işləyib. 2012-ci ildə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yaşar Əliyev

74 yaşlı Yaşar Əliyev diplomatiya karyerasına başlamazdan əvvəl Milli Məclisin deputatı olub. 2002-ci ildən səfirlik fəaliyyətinə başlayan Y.Əliyev 2002-2011-ci illərdə Çində, 2004-2011-ci illərdə isə Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı fövqəladə və səlahiyyətli səfirimiz olub. O, 2014-cü ildən etibarən Azərbaycanın BMT yanındakı daimi nümayəndəsidir.

Tamerlan Qarayev

Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev 70 yaşı var. Ali Sovetin sabiq vitse-spikeri Tamerlan Qarayev 30 ilə yaxındır ki, diplomatik xidmətdədir. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub. 2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv  Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı, 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı diplomatik korpusumuza rəhbərlik edib. 2018-ci ildən etibarən isə Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiridir.

Vilayət Quliyev

1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuş Vilayət Quliyevin 70 yaşı var. V.Quliyev 2004-cü ildən etibarən fasilələrlə müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. O, 2004-2010-ci illərdə Polşa, 2010-2021-ci illərdə isə Macarıstanda Azərbaycanın fövqəlaə və səlahiyyətli səfiri olub. 2022-ci ilin mayında isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.

Elmira Axundova

Azərbaycanı Ukraynada təmsil edən səfir Elmira Axundovanın 69 yaşı var. Daha əvvəl Elmira Axundova Milli Məclisin deputatı olub. 2020-ci ildən Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lətif Qəndilov

66 yaşlı Lətif Qəndilov 2011–2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnamda, 2016-2021-ci illərdə isə Belarusda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Hazırda Azərbaycanın Qırğızıstandakı səfiridir.

Vaqif Sadıqov

66 yaşlı Vaqif Sadıqov 1992-ci ildən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2004-2010-cu illərdə xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Sonrakı illərdə Azərbaycanın İtaliyadakı səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi çalışıb. 2021-ci ilin iyulundan etibarən Belçikadakı səfirimizdir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO